DÜNYA
YENİ ZELANDİYA ALİMLƏRİ BALIQLARIN “SÖHBƏTİNƏ” QULAQ ASA BİLMİŞLƏR
Bakı, 8 iyul ( AZƏRTAC). Yeni Zelandiyanın Oklend Universitetinin alimləri balıqların ”söhbətinə” qulaq asa bilmişlər.
“Leigh Marine Reserve” dəniz qoruğundakı lent yazıları sübut etmişdir ki, ümumi rəyə görə, planetin ən dinməz canlıları əslində söhbətcildir və çoxlu müxtəlif səslər çıxarmağa qadirdir. Tədqiqat qrupunun rəhbəri Şahraman Qazalinin sözlərinə görə, hər balıq səs çıxara bilir, lakin həmin səslərin heç də hamısı eşidilmir. Səslərin yüksəkliyi və tezliyi balıqların rezonator kimi istifadə etdiyi hava köpükləri boyunca yerləşmiş əzələlərin vibrasiyasından asılıdır. Balıqlar “söhbət etmək” qabiliyyətindən öz növlərindən olan digər baliqları cəlb etmək, yırtıcıları qorxutmaq və yaxud olduğu yeri müəyyənləşdirmək üçün istifadə edir. Balıqların “söhbətini” lentə almaq üçün alimlər dənizə baş vurmuş, ovlanan balıqları boyük akvariuma buraxmış, akvariumda adaptasiya prosesindən sonra baliqlar bir-biri ilə danışmağa başlamışlar.