Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Yeniləşən, müasirləşən qədim diyar: Ulu Naxçıvan

Yeniləşən, müasirləşən qədim diyar: Ulu Naxçıvan

Hər dəfə təyyarədən enərkən ayağımı basdığım torpaq, içimə çəkdiyim hava, şirin ləhcələri ilə bizi qarşılayan insanlar mənə o qədər doğmadır ki... Bəlkə də elə buna görədir ki, doğulub boya-başa çatdığım, ata-babalarımın uyuduğu o torpaqlara - Naxçıvana tez-tez gedirəm. Təbii ki, hər bir bölgəsi mənim üçün müqəddəs olan Azərbaycanın, doğma Vətənimin ayrılmaz hissəsi - Naxçıvanın hər daşı, zərrəsi mənə çox əzizdir. 

Həyatımın ən yaddaqalan illəri bu yerlərdə keçib. Naxçıvana budəfəki səfərimiz mənim üçün fərqli bir səfər idi. Çünki Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Azərbaycanın 20 aparıcı mətbu orqanının rəhbərləri ilə növbəti səfərimiz reallaşırdı. Baş redaktorlardan bəziləri Naxçıvana ilk dəfə, bir çoxları isə uzun fasilədən sonra növbəti səfərə gəlmişdilər.

Hər dəfə əsas yoldan ayrılıb doğma kəndimizə - Saltağa doğru enərkən nədənsə evimizə - ata ocağına tələsirəm... Qarşımda əzəmətli İlandağ, o qədər də geniş olmayan döngələr, işıq dirəklərinin başında yuva salan leyləklər, qoyun-quzu səsi və daha nələr mənə uşaqlığımı xatırladır. Köhnə hasarlar, tozlu-torpaqlı yollar, sınıq-salxaq körpü, məktəb illərini keçirdiyimiz kiçik, birmərtəbəli bina və s. tikililər artıq tarixə qovuşub. Dəyişən çox şey var. Kəndimizin girişindən sonuna qədər uzanan yeni, müasir asfalt yol, Əlincə çayı üzərində qurulan geniş və əzəmətli körpü, yenilənən hasarlar, bir neçə ay bundan əvvəl istifadəyə verilən dördmərtəbəli müasir orta məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, su dəyirmanı və digər obyektlər təbii ki, insanların daha rahat və mükəmməl həyat şəraitinin təmin edilməsi üçündür.

Bu görkəm artıq Naxçıvanın bütün kəndlərinin simasıdır desək, səhv etmərik. Yəni, bütün kəndlərdə müasir orta məktəblər, kənd mərkəzləri, körpülər, yeni yollar inşa olunub, abadlıq-quruculuq işləri aparılıb.

Naxçıvan qədim və zəngin tarixə, mədəniyyətə malikdir, havası təmiz, iqlimi - yayı isti, qışı isə bir o qədər də sərt, insanları dürüst, istiqanlı, qonaqpərvərdir. Bunu təkcə mən yox, muxtar respublikaya səfər edən hər kəs görür, duyur və etiraf edir.

Yuxarıda qeyd etdiyim kimi, oktyabrın 14-15-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə həmkarlarımla birlikdə Naxçıvana səfərimiz oldu. Hesab edirəm ki, səfər qısa olsa da, hazırlanmış zəngin səfər proqramı qonaqlarda Naxçıvanla bağlı dolğun təəssürat yaratdı.

Naxçıvan Beynəlxalq Hava Limanından yerləşəcəyimiz “Təbriz” otelinə doğru hərəkət etdikcə uzanan geniş və təmiz yollar, müasir tikililər, ümumilikdə, şəhərin nizam-intizamlı ab-havası hansısa kiçik Avropa şəhərini xatırladırdı. Reallıq budur ki, muxtar respublikada ictimai-siyasi sabitlik hökm sürür, sosial-iqtisadi inkişaf günbəgün sürətlənir. Başlanan hər yeni gündə Naxçıvanın hansısa şəhər və kəndində, bölgəsində müsbət mənada yeniliklər baş verir. Yerləşdiyimiz “Təbriz” oteli isə belə yeniliklərin sadəcə kiçik bir hissəsidir. Burada Avropanın 5 ulduzlu otellərindən geri qalmayan, hətta daha üstün və mükəmməl şərait yaradılıb. Təcrübəli personal isə qüsursuz xidməti ilə müştərilərin bütün arzu və istəklərini yerinə yetirməyə hazırdır.

Səfər proqramımız ilk olaraq ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış əzəmətli abidəsini ziyarət etməklə başladı. Daha sonra görkəmli dövlət xadimi, dahi siyasətçi Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən muzeydə olduq. Burada nümayiş olunan zəngin eksponatlar ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirməklə yanaşı, xalqını, dövlətini, Vətənini, millətini nə qədər sevdiyini və bu torpağa bağlılığını bir daha təsdiqləyir.

Naxçıvanın qədimliyini əks etdirən məkanlardan biri də “Əlincəqala” tarixi abidəsidir. “Əlincəqala” həm də muxtar respublikanın yenilməzlik simvoluna çevrilib desək, daha doğru olar. Həmkarlarımla birlikdə dağın zirvəsinə doğru uzanan daş pillələri qalxdıqca sanki tarixin yenidən canlandığını duyurduq. Son illər burada aparılan tikinti-quruculuq işləri, yaradılan şərait “Əlincəqala”ya gələn insanların ürəyincədir. Tarixi abidə bir neçə il bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı əsasında bərpa edilib. Burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi üçün yeni bina tikilib. Ekspozisiya zalında “Əlincəqala”da məskunlaşan insanların həyatını əks etdirən nümunələr, qədim əşyalar nümayiş olunur. Bərpa işləri zamanı tarixiliyin qorunub saxlanılmasına xüsusi diqqət yetirilib. Divarlar, bürc və giriş qapıları, qədim yaşayış evləri, su hovuzları, təndirlər və s. bərpa edilib. İnsanların rahat hərəkəti üçün zirvəyə yeni yol çəkilib, möhtəşəm işıqlandırma sistemi qurulub, yaşıllıq salınıb. Bir sözlə, Azərbaycanın tarixi-mədəni irsini özündə əks etdirən qala qədimliyini saxlamaqla yeni görkəm alıb. “Əlincəqala”nın zirvəsində dalğalanan üçrəngli Azərbaycan bayrağı isə insanda sonsuz qürur hissi yaradır. Sözsüz ki, bu istiqamətdə görülən işlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna əhəmiyyət daşıyır. Çünki hələ bundan sonra uzun illər boyu “Əlincəqala”nı görmək üçün Naxçıvana gələn yerli və xarici turistlər qədim tariximizin canlı şahidləri olacaqlar.

Naxçıvanın özünəməxsusluğunu əks etdirən əsas məqamlardan biri onun tarixi abidələrlə zəngin olmasıdır. Həmkarlarımla birlikdə Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsinə səfər də yaddaqalan oldu. 2015-ci ildə bərpa edilən, nəinki Azərbaycanın, hətta dünyanın tarix və mədəniyyət abidələrindən biri sayılan türbə media rəhbərlərində böyük maraq doğurdu. Abidənin səthi oyma həndəsi ornamentlər və dekorativ tağlarla bəzədilib. Türbə zərifliyi, mükəmməl memarlıq üslubu ilə göz oxşayır. Abidənin yerləşdiyi ərazinin tarixi, mədəni əhəmiyyəti nəzərə alınaraq, burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Səfər proqramında “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarət və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq da yer almışdı. Naxçıvana gəlmək və “Əshabi-Kəhf” Ziyarətgahında olmamaq mümkün deyil. Çünki bu sirli məkan istər yerli, istərsə də xarici turistlərin hər zaman diqqət mərkəzində olub. Son illərdə Dini-Mədəni Abidə Kompleksində yaradılan şərait ziyarətçilərin dağların dərinliyinə doğru uzanan çətin və keçilməz yolunu asanlaşdırıb. İnsanlar müqəddəs kitabımız olan Qurani-Kərimdə adı çəkilən bu məkanı ziyarət edərək qurban kəsir, Allaha dualar edir, Naxçıvanın tarixinin və mədəniyyətinin qədimliyinin bir daha şahidi olurlar. Müşahidələrim zamanı media rəhbərlərinin “Əshabi-Kəhf”lə tanış olarkən müsbət mənada təsirləndiyini gördüm. Doğrudan da tarixi və dini baxımdan bu qədim, əsrarəngiz məkan insanı saflaşdırır, müqəddəs inanclarımıza daha möhkəm bağlılığa sövq edir.

İnanıram ki, Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq da həmkarlarımın yaddaşında xoş xatirələrlə qalacaq. Bəlkə də artıq bir çoxu yenidən buraya gəlmək və Mərkəzdən faydalanmaqla bağlı planlar qurub. Çünki Duzdağ Fizioterapiya Mərkəzi həqiqətən də unikal məkandır. Təbii müalicənin ən doğru ünvanlarından biri sayılan Mərkəzə gələn hər kəs burada şəfa tapır, daha sağlam və gümrah şəkildə evinə qayıdır. Təsadüfi deyildi ki, həmkarlarım Duzdağ Fizioterapiya Mərkəzi haqqında məlumatları maraqla dinləyir, burada yaradılan şəraitlə bağlı heyrətlərini gizlədə bilmirdilər.

Səfər zamanı “Arıçılıq məhsulları - bal festivalı”nın keçirildiyi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvanın müxtəlif bölgələrində istehsal olunan bal məhsulları sərgisi ilə tanışlıq da maraqlı oldu. Festivala Naxçıvanın 210 arıçısı tərəfindən 10 tondan artıq bal, bərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arı məhsulları çıxarılmışdı. Bu amil isə təbii ki, muxtar respublikanın iqtisadi inkişafından, xüsusilə özünün ərzaq təhlükəsizliyini yüksək səviyyədə təmin etməsindən xəbər verir. Statistik məlumatlara görə, Naxçıvanda yanvar-sentyabr aylarında ümumi daxili məhsulun həcmi 1 milyard 831 milyon manatdan çox olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. Adambaşına düşən ÜDM-in həcmi ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artaraq, 4 min 103 manat olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında sənaye məhsulunun həcmi 2,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 7 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,1 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,8 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,1 faiz, ixracın həcmi 1,9 faiz, əhalinin gəlirləri 1,3 faiz çoxalıb. Rəqəmlərdən də göründüyü kimi, blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan inkişaf tempini qoruyub saxlayır.

Bu gün Naxçıvanda Heydər Əliyev ideyaları uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev muxtar respublikaya səfərləri zamanı yeni obyektlərin açılışında iştirak etməklə, müvafiq tapşırıq və tövsiyələrini verməklə yanaşı, görülən işlərdən razılığını da ifadə edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov isə yorulmaz və səmərəli fəaliyyəti ilə möhtərəm Prezidentimizin tapşırıqlarını layiqincə yerinə yetirir.

KİV rəhbərlərinin muxtar respublikaya səfəri zamanı Naxçıvan Xalça Muzeyi, Naxçıvan Biznes Mərkəzi, Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi, Dövlət Bayrağı Meydanı və Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, Xalq Şairi Məmməd Arazın Şahbuz rayonunun Nursu kəndində yerləşən ev-muzeyi, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, “Şərq qapısı” qəzetinin redaksiyası ilə tanışlıq kifayət qədər xoş xatirələrlə yadda qaldı.

Deyirlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. İnanıram ki, bir-iki günlük də olsa Naxçıvana gedən və oradakı inkişafı, yenilikləri, qədimliklə müasirliyin vəhdətini öz gözləri ilə görən həmkarlarım bu ulu diyardan zəngin təəssüratlarla, unudulmaz xatirələrlə qayıdıblar.

Təbii ki, bu səfərlə bağlı böyük təəssüratlarımızı bir yazıya sığışdırmaq qeyri-mümkündür. Hələ biz uzun müddət bu səfərin xoş təsiri altında olacağıq.

Şübhəsiz ki, qoca Şərqin qapısı hələ bundan sonra tez-tez döyüləcək və bu müqəddəs məkan öz ziyarətçilərini gülərüz qarşıladığı kimi, elə gülərüz də yola salacaq...

Vüqar Rəhimzadə

“İki sahil” qəzetinin baş redaktoru,

Əməkdar Jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ən müasir texnologiyalar əsasında aparılır – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib