YER KÜRƏSİNİN ƏHALİSİ 2012-Cİ İLDƏ 7 MİLYARDA ÇATACAQDIR
Bakı, 13 mart (AZƏRTAC). Yer kürəsinin yeddi milyardıncı sakini 2012-ci ilin əvvəlində dünyaya gələcəkdir. 2050-ci ildə isə planetin əhalisi doqquz milyard nəfərdən çox olacaqdır. Bu məlumatlar BMT-nin Nyu-Yorkdakı iqamətgahında açıqlanan proqnozunun yeni versiyasında əksini tapmışdır. BMT-nin Sosial və İqtisadi Məsələlər Departamentinin ekspertləri tərəfindən 2008-ci il ərzində hazırlanmış statistikaya əsasən, indi Yer kürəsində təqribən 6,8 milyard nəfər yaşayır.
İnkişaf etmiş ölkələrdə artım sürətinin minimal olacağı güman edilir. Bu il 1,23 milyard nəfərdirsə, 2050-ci ildə 1,28 milyard olacaqdır. 40 illik dövr üçün bu cüzi göstərici inkişaf etməkdə olan həmin ölkələrin miqrantlarının hesabına əldə ediləcəkdir. BMT-nin ekspertləri hesab edirlər ki, bu axın hər il 2,4 milyon nəfər səviyyəsində qalacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [19:31]
Kemerovo vilayətində An-12 təyyarəsi qəzaya uğrayıb
- 17.11.2026 [17:52]
Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib
- 17.11.2026 [17:34]
Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub
- 17.11.2026 [17:31]
Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub
- 17.11.2026 [17:28]
İraq Türkiyəyə köhnə boru kəməri ilə neft nəqlini bərpa edib
- 17.11.2026 [16:36]
QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir
- 17.11.2026 [16:20]