Yevlax şəhərində daha bir küçə asfaltlanıb
Yevlax, 10 avqust, AZƏRTAC
Yevlaxda aparılan abadlıq-quruculuq işləri çərçivəsində vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə təmirə ehtiyacı olan yolların mərhələli şəkildə təmir edilməsi, küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax şəhərinin 2 hərəkət zolaqlı, uzunluğu 1280 metr olan Dostluq küçəsinə 2 qatdan ibarət 11 min kvadratmetr yeni asfalt örtüyü salınıb. Həmçinin ərazidə yeraltı kommunikasiya xətlərinin bərpası və yağış barmaqlıqlarının yenilənməsi işləri həyata keçirilib.
Yevlax şəhərində asfaltlanmaya ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.