Yevlaxda konsert və möhtəşəm atəşfəşanlıq
Yevlax, 11 may, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev parkında Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə Xalq artisti Nazpəri Dostəliyeva, Əməkdar artistlər Cabir Abdullayev, Cabbar Musayev, Zakir Əliyev, Könül Kərimova, İlkin Əhmədov və müğənni Rövşən Məmmədovun ifasında Ulu Öndər Heydər Əliyevə, vətənpərvərliyə həsr edilmiş mahnılar səsləndirilib. Rəqs qrupunun təqdimatında rəqslər təqdim olunub.
İfaçıların çıxışları dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Sonda möhtəşəm atəşfəşanlıq təşkil edilib.