MƏDƏNİYYƏT
Yevlaxda Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçirilmişdir
Yevlax, 16 iyun (AZƏRTAC). Yevlax şəhərində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Kür çayının sahilində bulvar kompleksində təşkil olunan konsertdə minlərlə yevlaxlı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının kollektivinin ifasında musiqi nömrələrini böyük maraqla dinləmişlər. Rəngarəng ədəbi-bədii kompozisiya ilə yadda qalan konsert proqramında aparıcılar ümummilli lider Heydər Əliyevin mənalı həyat və fəaliyyətindən, xalqımız qarşısındakı tarixi xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda əldə olunan nailiyyətlərdən bəhs etmişlər. Bayram konserti sakinlərdə xoş ovqat yaratmışdır.