CƏMİYYƏT
Yevlaxda silsilə oğurluq edən şəxs saxlanılıb
Bakı, 15 noyabr, AZƏRTAC
Yevlaxda bir qrup şəxs polis şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Üç evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Alim Abdullayev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Araşdırmalarla onun evlərdən 2000 manata yaxın əşyalar, ev quşları və nağd pul oğurladığı müəyyən olunub. O, dindirilərkən həmin cinayət əməllərini törətdiyini etiraf edib.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayəti işi başlanıb, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]