REGİONLAR
Yevlaxlı məzunlardan 315-i tələbə adını qazanıb
Yevlax, 30 avqust, AZƏRTAC
Bu il Yevlax rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1089 məzundan 604 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 315-i tələbə adını qazanıb. Bundan başqa, məzunlardan 4-ü ali hərbi məktəblərə, 2-si isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tələbə adını qazanan gənclərdən 32 nəfəri 500-600 arası, 19 nəfəri isə 600-dən çox bal toplayıb.
Yevlax şəhər 9 nömrəli tam orta məktəbin məzunu Sevinc Sadıqova imtahanlarda hamıdan çox - 671 bal toplayaraq Bakı Dövlət Universitetinə daxil olub. Rayon üzrə ən yüksək göstəriciləri şəhər 5, 3 və 9 nömrəli tam orta məktəbləri göstərib. 5 nömrəli tam orta məktəbdən 29 nəfər, 3 nömrəli tam orta məktəbdən 28 nəfər, 9 nömrəli tam orta məktəbdən isə 27 nəfər ali məktəblərə qəbul olub.