Yol hadisələri ölümlə nəticələnmişdir
Bakı, 18 noyabr (AZƏRTAC). Binəqədi rayonunda Sumqayıt şəhər sakini Adil Babayev idarə etdiyi “Range Rover ” markalı avtomaşınla 55-60 yaşlı kişini vurmuş, piyada hadisə yerində ölmüşdür.
Xəzər rayonunda Bakı şəhər sakini Qismət Həsənov idarə etdiyi “Toyota Prado” markalı avtomaşını hərəkət zolaqlarını ayıran beton konstruksiyaya vurmuş, nəticədə sürücü hadisə yerində ölmüşdür.
Yasamal rayonunda naməlum avtomaşınla Bakı şəhər sakini Səadət İsmayılova vurulmuşdur. Hadisə zamanı xəsarət almış piyada xəstəxanaya yerləşdirilmişdir, vəziyyəti qənaətbəxşdir.
Hadisəni törətməkdə şübhəli bilinən “Chevrolet” markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Tural Məhərrəmov Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]