Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“YOL HƏRƏKƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 564; 2001-ci il, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002-ci il, № 1, maddə 9, № 8 maddə 463; 2003-cü il, № 8, maddə 424; 2004-cü il, № 2, maddə 57, № 11, maddə 901; 2005-ci il, №4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006-cı il, № 12, maddə 1027; 2007-ci il, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008-ci il, № 2, maddə 49, № 6, maddələr 453, 463; № 7, maddə 602) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 66-cı maddəyə aşağıdakı məzmunda III, IV, V və VI hissələr əlavə edilsin:

“III. 5.40, 5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonanın başladığı yerdə, 5.41, 5.43, 5.45, 5.47 yol nişanları həmin zonanın qurtardığı yerdə quraşdırılır. 5.40, 5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonada yerləşən bütün yollarda qüvvədə olur.

IV. Qəza dayanacağı yerləri təcili rabitə telefonu və ya yanğınsöndürənlə təchiz edildikdə 5.48.1 və 5.48.2 “Qəza dayanacağı yeri” yol nişanlarının aşağı hissəsində müvafiq olaraq 6.17 və 6.18 yol nişanları quraşdırılır.

V. 5.49.1, 5.49.2 və 5.49.3 yol nişanları tunellərdə maksimum 50 metr bir-birindən aralı olmaqla 1-1,5 metr hündürlükdə yan divarlarda quraşdırılır və qəza çıxışlarının istiqamətini və məsafəsini göstərir.

VI. 5.50.1, 5.50.2 və 5.50.3 yol nişanları avtomagistraldan çıxış yerlərinədək olan məsafəni göstərir.”.

2. 69-cu maddənin VI hissəsinin 10-cu bəndində “3.28 nişanı” sözləri “3.28, 5.40 nişanları” sözləri ilə əvəz edilsin.

3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 4 saylı əlavə - “Yol nişanları”nın:

3.1. “I. Xəbərdarlıq nişanları” qrupu üzrə:

3.1.1. 1.6 yol nişanı çıxarılsın və 1.6.1-1.6.6 “Eyni əhəmiyyətli yolların kəsişməsi” yol nişanları əlavə edilsin;

3.1.2. 1.16 yol nişanı 1.16.1 yol nişanı hesab edilsin və 1.16.2 “Çökmüş yol” və 1.16.3 “Qabarıq yol” yol nişanları əlavə edilsin;

3.1.3. 1.33 “Tıxac yaranmış sahəyə yaxınlaşma barədə xəbərdarlıq” yol nişanı əlavə edilsin;

3.2 “V. Məlumatverici-göstərici nişanlar” qrupuna 5.40 “Durmaq qadağandır zonası”, 5.41 “Durmaq qadağandır zonasının qurtaracağı”, 5.42 “Müəyyən vaxtda durmaq qadağandır zonası”, 5.43 “Müəyyən vaxtda durmaq qadağandır zonasının qurtaracağı”, 5.44 “Duracaq zonası”, 5.45 “Duracaq zonasının qurtaracağı”, 5.46 “Maksimal sürətin məhdudiyyəti zonası”, 5.47 “Maksimal sürətin məhdudiyyəti zonasının qurtaracağı”, 5.48.1 və 5.48.2 “Qəza dayanacağı yeri”, 5.49.1, 5.49.2 və 5.49.3 “Qəza çıxışlarının istiqaməti və məsafəsi”, 5.50.1, 5.50.2 və 5.50.3 “Avtomagistraldan çıxış yerinə qədər məsafə”, 5.51 “Yaşayış zonası” və 5.52 “Yaşayış zonasının qurtaracağı” yol nişanları əlavə edilsin;

3.3. “VI. Servis nişanları” qrupuna 6.17 “Təcili əlaqə telefonu” və 6.18 “Yanğınsöndürən” yol nişanları əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2009-cu il.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin