YOL-NƏQLİYYAT HADİSƏLƏRİ FACİƏ İLƏ BİTMİŞDİR
Bakı, 29 dekabr (AZƏRTAC). Nəsimi rayonunun 3-cü mikrorayon ərazisində Ağsu rayon sakini İntizam Hüseynov idarə etdiyi “VAZ-21011” markalı avtomaşını maneəyə vurmuşdur.
Nəticədə “jiquli”nin sərnişinləri Sirayə, Sərxan hadisə yerində ölmüş, xəsarət almış sürücü və digər sərnişinləri - qızı Aytac və sürücünün qohumu, İmişli rayon sakini Emil Məcidov xəstəxanaya yerləşdirilmişlər.
Tovuz rayonunun Düz Cırdaxan kəndində Cəlilli kənd sakini Samir Bayramov vurulmuş, piyada hadisə yerində ölmüşdür. Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Mitsubishi” markalı avtomaşının sürücüsü, Tovuz rayon sakini Ülvi Əliyev tərəfindən törədilməsi müəyyən edilmişdir.
Nizami rayonunun Q.Qarayev prospektində Ağsu rayon sakini Mübariz Bilalov idarə etdiyi “Daewoo” markalı avtomaşınla Göyçay rayon sakini Elçin Səmədovu vurmuş, piyada hadisə yerində ölmüşdür.
Binəqədi rayonunda Bakı şəhər sakini Maarif Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla Vəli Vəliyevi vurmuşdur.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]