Yol polisi Kürdəmirdə reyd keçirib
Kürdəmir, 9 iyun, AZƏRTAC
Kürdəmir Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində sürücülərin dayanma-durma qaydalarına düzgün əməl etmələri ilə əlaqədar reyd keçiriblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb. Dayanma-durma qaydalarını pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.