CƏMİYYƏT
Yol polisinin əməkdaşları Qax rayonunda məktəblilərlə görüşüblər
Bakı, 24 sentyabr, AZƏRTAC
Qax Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları “Diqqət, uşaqlar!” təhlükəsizlik aylığı çərçivəsində yol hərəkəti təhlükəsizliyinə dair şəhər 2 saylı məktəb-liseyində şagirdlərlə maarifləndirici görüş keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.
Tədbirdə şagirdlərlə “Yol hərəkəti haqqında” qanunun tələbləri, nizam-intizam qaydalarına dair təbliğat və maarifləndirici söhbətlər aparılıb.