SİYASƏT
YÜKSƏK DÖVLƏT MÜKAFATLARI SAHİBLƏRİNƏ TƏQDİM EDİLMİŞDİR
Naxçıvan, 12 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası hakimlərinin, ədliyyə və məhkəmə orqanları işçilərinin, məhkəmə-hüquq şurasının əməkdaşlarının təltif edilməsi haqqında” 2008-ci il 21 noyabr tarixli Sərəncami ilə Naxçıvan MR ədliyyə orqanlarının 2 əməkdaşı “Tərəqqi”, 2 əməkdaşı isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimat mərasimi keçirilmişdir. Ali Məclisin sədri Vasif Talıbov mükafatları sahiblərinə təqdim etmiş, onların ünvanına xoş sözlər söyləmiş, ölkəmizin inkişafında zəhməti olanların, fədakarlıq göstərənlərin əməyinin bundan sonra da qiymətləndiriləcəyini demişdir.
Bir qrup əmək adamına Naxçıvan MR-in fəxri adları, Ali Məclisinin fəxri fərmanları təqdim olunmuşdur.