İDMAN
Yunan-Roma güləşçilərinin reytinq siyahısına Azərbaycanın 10 idmançısının adı daxil edilib
Bakı, 14 avqust (AZƏRTAC). Beynəlxalq Güləş Federasiyası (FİLA) avqust ayı üçün yunan-Roma güləşi üzrə idmançıların reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, budəfəki siyahı Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq “Qızıl Qran-pri” turnirinin final mərhələsində idmançıların qazandığı nəticələr əsasında hazırlanıb.
Yunan-Roma güləşçilərinin reytinq siyahısına Azərbaycanın 10 idmançısının adı daxil edilib.
Siyahıda Həsən Əliyev (2-ci, 66 kq), Rəsul Çunayev (2-ci, 71 kq), Elvin Mürsəliyev (4-cü, 80 kq), Rafiq Hüseynov (6-cı, 75 kq), Şalva Qadabadze (7-ci, 98 kq), Saman Təhmasibi (10-cu, 85 kq), Taleh Məmmədov (12-ci), Kamran Məmmədov (13-cü, hər ikisi 59 kq), Sabah Şəriəti (14-cü, 130 kq) və Şəhriyar Məmmədov (18-ci, 85 kq) yer alıblar.