Azərbaycan Dövlət İnformasiya Agentliyi

YUNANISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KONSTANTİNOS STEFANOPULOSA

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına əmin-amanlıq və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin