Yunanıstanda Afrika vəbası baş qaldırıb
Afina, 9 fevral, AZƏRTAC
Yunanıstanda səhiyyə orqanları ölkənin Serre bölgəsində donuz fermasında Afrika vəbası xəstəliyinin baş qaldırmasını araşdırır. Profilaktik əməliyyatlar aparılır. Xəstəliyin yayılma üsulları araşdırılır. Qeyd edək ki, donuzlarda Afrika vəbası xəstəliyi keçici xəstəlik sayılır. İnsanların bu xəstəliyə yoluxma təhlükəsi yoxdur.
2019-cu ildə Afrika vəbası Çin, Şimali Koreya, Monqolustan və Vyetnam donuz fermalarında qeydə alınıb. Bundan əlavə, Şərqi və Mərkəzi Avropada vəhşi donuzların bu xəstəliyə yoluxması məlumatı daxil olub. Asiyada bu xəstəliyə 200 milyon donuz yoluxub. Bütün səylərə baxmayaraq, problem hələ də həll olunmayıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:23]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:10]