Saloniki, 20 may, AZƏRTAC
Yunanıstanın Saloniki metrosunda yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, ikinci dərəcəli yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin baş verməsi səbəbləri araşdırılır. Xəsarət alan olmayıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki