Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Yuxularımı illərdir ərşə çəkən yurd yerlərimə qovuşmaq müjdəsiydi bu xəbər...

Yuxularımı illərdir ərşə çəkən yurd yerlərimə qovuşmaq müjdəsiydi bu xəbər...

Cəbrayıl, 4 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Keçən ilin bu günü 1993-cü il avqustun 23-dən başlanan və 27 ildən artıq davam edən yurd həsrətimizin bitdiyi tarix kimi yaddaşlarımıza həkk olundu. Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Cəbrayıl şəhərinin və bir neçə kəndimizin işğaldan azad olunması müjdəsini hər bir azərbaycanlı kimi, bütün cəbrayıllılar da böyük sevinclə qarşıladılar.

Cəbrayıl rayon sakini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xudafərin” qəzetinin baş redaktor müavini, qabaqcıl təhsil işçisi Hidayət Səfərli bir il öncə yaşadığı və indi də davam edən sevinc hisslərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb:

Uşaqlığımın və gəncliyimin qaldığı, yuxularımı illərdir ərşə çəkən yurd yerlərimə qovuşmaq müjdəsiydi bu xəbər. Bu xəbər sevinc qarışıq göz yaşları ilə yoğrulan, təsəvvürə gətirilməsi mümkünsüz olan doğma, əziz bir hiss idi. Bu yalnız biz cəbrayıllıların deyil, bu gün bir yumruq, bir qəlb olan xalqımızın şadlıq, şadyanalıq hayqırtısıydı. Şad olan günüydü bizlərə əziz olan ruhların.

Bu sevincli anlarımızda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqımıza, o cümlədən biz cəbrayıllılara müraciətindən qürur hissi keçirdik. Cənab Prezident illər öncə dəfələrlə qeyd etmişdi ki, Qarabağa Böyük Qayıdış Cocuq Mərcanlıdan başlanır. Bu gün böyük bir fəxarətlə qeyd etmək istəyirəm ki, Qarabağda aparılan Vətən müharibəsinin ilk böyük Zəfər müjdəsini də Cəbrayıl torpağından aldıq. Əldə olunan bu böyük Zəfərə addım-addım, həm də əzmlə, qətiyyətlə irəliləyən Ali Baş Komandanımıza, müzəffər Ordumuza təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyir, ölkə rəhbərinin ətrafında daha sıx birləşəcəyimizi və veriləcək bütün əmr və tapşırıqları can-başla yerinə yetirəcəyimizi bildirirəm. Qələbəmiz ölkə rəhbərliyi, ordu və xalqın birliyindən keçir. Bu birlik isə daimi və sarsılmazdır.

Prezidentimizin xalqa müraciətində dediyi bu sözlər illərdir qəlbimizdə yara bağlamış bir ağrıya, bir nisgilə məlhəm oldu, yurd vüsalı ilə yanıb qovrulan ürəyimizə su çilədi, bizləri məcburi köçkün adının yükündən qurtardı: “Cəbrayıl rayonunun böyük hissəsi işğaldan azad olunub. Uzun müddətdən sonra Cəbrayıl şəhəri işğaldan azad olundu. Cəbrayıl bizimdir...” İşğaldan azad olunmuş kəndlərimiz sırasına Böyük Mərcanlı və Nüzgar kəndlərindən sonra Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl... kəndlərinin də adları əlavə olundu. Bu siyahıya oktyabrın 20-də mənim də doğulduğum, boya-başa çatdığım, uzun illər həsrətində olduğum Daş Veysəlli kəndinin də adı yazıldı.

Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar inanırdılar ki, işğal davam edə bilməz, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdacaqlar. Bizləri yaşadan da bu inam hissi idi. Tarix bu inamımızda yanılmadığımızı göstərdi. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi oğullarımızın qanı, canı bahasına hər şeyi yerbəyer etdi, torpaqlarımız işğaldan azad olundu. Bu, uzun illər görülmüş məqsədyönlü işlərin məntiqi nəticəsi idi. Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun peşəkarlığı, xalqımızın əzmi sayəsində tariximizin Zəfər salnaməsini yazdıq. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad olunması münasibətilə 2020-ci il 4 oktyabr tarixli Azərbaycan xalqına müraciətində bu fikirləri bir daha diqqətə çatdırdı: “Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində əldə edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır”.

Bu gün hər bir cəbrayıllının ürəyi o torpaqlara dönəcəyi anın həyəcanı ilə döyünür. Amma mənfur düşmən ərazilərimizi minalayıb və o yerlərdə çoxlu sayda partlamamış hərbi sursat var. İndi o yerlərdə minatəmizləmə əməliyyatları aparılır. Çox yaxın zamanda bu arzumuz da gerçəkləşəcək, yurd yerlərimizə dönəcəyik.

Şükürlər olsun ki, Cəbrayılımızın işğalından 28 il ötmədi, bir xalq olaraq işğal günlərini qeyd etməkdən qurtulduq. Alnımız açıq, başımız ucadır. Bu başucalığını bizlərə bəxş etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Qarşıdan tariximizin Zəfər günləri gəlir. Səninlə qol-boyun olmağa, uzun illərin həsrətini ovundurmağa biz də gəlirik, Cəbrayılım!

Nəğmə dedim hey şəninə,

Həsrət qaldım gülşəninə.

Viran qoyub gör səni nə;

Soruşub sordum, gəlirəm,

Gəlirəm, yurdum, gəlirəm.

Baş əymədin hər ötənə,

Səndən varmı heç ötə nə.

Qovuşdu yollar Vətənə;

Yolları yordum, gəlirəm,

Gəlirəm, yurdum, gəlirəm.

Adladım dağı, aranı,

Tanıdım ağı, qaranı.

Sardı oğullar yaranı;

Kül altda qordum, gəlirəm,

Gəlirəm, yurdum, gəlirəm.

Diridə yetdim aşığa,

Qanımı qoydum qaşığa.

Həsrət idim mən işığa;

Görəsi kordum, gəlirəm,

Gəlirəm, yurdum, gəlirəm.

Yağı qurdu bizə tuzaq,

Düşdü ruhlar yurddan uzaq.

Qoy eşitsin Vərənd, Dizaq;

Boş qalan gordum, gəlirəm,

Gəlirəm, yurdum, gəlirəm.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib