YUXUYA QALMIŞ OĞRU
Bakı, 8 noyabr (AZƏRTAC). Antalyanın Alanya rayonunda oğurlar üçün utancverici bir hadisə qeydə alınmışdır.
Oğurluq məqsədi ilə evə daxil olan şəxs qəbul etdiyi içkinin təsirindən yuxuya qalmışdır.
Anadolu agentliyinin verdiyi məlumata görə, Qala Yamacı Kirazlar Çıkmaz məhəlləsindəki binanın birinci mərtəbəsində yaşayan Ömər Kiraz evinə daxil olduqda tanımadığı bir şəxsin yataq otağında yatdığını görmüşdür. Evdəki rəflərin dağıdılmasından yatan şəxsin oğru olduğunu anlayan Kiraz polisə məlumat vermişdir. Hadisə yerinə gələn polis oğrunu həbs etmişdir.
Məlum olmuşdur ki, eyvandan evə daxil olan oğru otaqda tapdığı bir şüşə içkini içmiş və onun təsirindən yuxuya qalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [19:31]
Kemerovo vilayətində An-12 təyyarəsi qəzaya uğrayıb
- 17.11.2026 [17:52]
Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib
- 17.11.2026 [17:34]
Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub
- 17.11.2026 [17:31]
Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub
- 17.11.2026 [17:28]
İraq Türkiyəyə köhnə boru kəməri ilə neft nəqlini bərpa edib
- 17.11.2026 [16:36]
QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir
- 17.11.2026 [16:20]