Zaqatalada evdə baş verən yanğın söndürülüb
Zaqatala, 2 dekabr, Rasim İslamoğlu, AZƏRTAC
Zaqatalanın ucqar Axaxdərə kəndində ikimərtəbəli mənzildə güclü yanğın qeydə alınıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Fövqəladə Hallar Nazirliyi Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib.
Bildirilib ki, Axaxdərə kəndindəki fərdi mənzillərdən birində yanğınla bağlı məlumat daxil olan andan hadisə yerinə canlı qüvvə və texnikalar cəlb olunub. Ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli yaşayış olmayan evdə baş verən güclü yanğın əməkdaşların səyi nəticəsində söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Yaşayış olmayan mənzildə yanğının baş verməsi ilə bağlı müvafiq araşdırma başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [15:32]
Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]