REGİONLAR
Zaqatalalı gənclər “Sələflərin izi ilə” layihəsi çərçivəsində elm adamı ilə görüşüblər
Zaqatala, 18 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi rayon gənclərinə “Sələflərin izi ilə” adlı layihə təqdim edib. Layihə çərçivəsində gənclər həmyerliləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşovla görüşüblər.
Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüş zamanı alim gənclərə öz elmi nailiyyətlərindən, Azərbaycan elminin inkişafına verdiyi töhfələrdən, karyerasında əldə etdiyi uğurlardan, bu uğurları qazanmaq üçün keçdiyi çətinliklərdən danışıb. Elm adamı sonda gənclərə gələcək karyeralarını uğurlu qurmaları üçün tövsiyələr verib.