Zaqrebdə iftar süfrəsi təşkil olunub
Zaqreb, 27 aprel, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən ölkədəki müsəlman icması üçün Zaqreb şəhərində iftar süfrəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, iftar mərasimində səfir Fəxrəddin Qurbanov yerli müsəlman əhalini bütün İslam dünyasının müqəddəs ayı olan Ramazan ayı münasibətilə təbrik edib. Qeyd olunub ki, bu dövr bütün müsəlmanlar arasında həmrəyliyin artırılması və mehriban münasibətlərin qurulması ilə müşahidə olunub. Tədbirdə Azərbaycanın 30 ilə yaxın işğala məruz qalmış ərazilərinin 44 günlük Vətən müharibəsi nəticəsində millətimizin, şəhidlərimizin və qazilərimizin canı və qanı bahasına azad edilməsi, müharibənin səbəbləri və nəticələri, habelə vətəndaşlarımız arasında mövcud olan həmrəylik, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və azad edilmiş ərazilərdə artıq mədəni-dini abidələrin bərpası daxil olmaqla çox şaxəli yenidənqurma işlərinin başlanması barədə geniş məlumat verilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb