Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaur Axundov: Cari ili Azərbaycan futzalı üçün uğurlu saymaq olar

Zaur Axundov: Cari ili Azərbaycan futzalı üçün uğurlu saymaq olar

Bakı, 28 dekabr, AZƏRTAC

Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov qurumun cari ildəki fəaliyyəti və gələcək perspektivlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

-Cari ili ölkə futzalı üçün uğurlu hesab etmək olarmı?

Fürsətdən istifadə edib xalqımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir, cansağlığı arzulayıram. Bir ilə yaxın sərt karantin rejimində yaşadıq. Futzal yarışları ilə yanaşı, bütün idman tədbirləri dayanmışdı. Yumşalmalara getdikdən sonra məşqləri bərpa etdik. Əlbəttə, bir müddət məşq etmədikdən sonra idmançı formasını itirir. Buna baxmayaraq, biz çempionatımıza start verdik. Yüksək, Birinci və İkinci liqalarda yarışlar yüksək səviyyədə təşkil olunub. "Araz-Naxçıvan" klubu UEFA Çempionlar Liqasında mübarizə apardı. Düzdü komandamız əsas mərhələni keçə bilmədi. Klub yenidən təşkil olunur və heyətə yeni futzalçılar cəlb olunur. Ümid edirəm ki, növbəti illərdə Naxçıvan təmsilçisi əvvəllər qazandığı uğurlarla bizləri yenidən sevindirəcək. Millimiz ardıcıl altıncı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Yığmamız Niderlandda təşkil olunacaq qitə birinciliyində mübarizə aparacaq. Belə deyək də, pandemiyadan sonra ölkə futzalı yeni-yeni özünə gəlir. Baş verənləri nəzərə alsaq, cari ili futzalımız üçün uğurlu saymaq olar. Ümid edirəm ki, gələn il dünyamız koronavirusdan qurtulacaq və biz də normal fəaliyyətimizi davam etdirəcəyik.

-Millimiz gələn il keçiriləcək Avropa çempionatının final mərhələsində Gürcüstan, İspaniya və Bosniya və Herseqovina yığmaları ilə qarşılaşacaq. Rəqibləri necə dəyərləndirirsiz?

- Millimiz çətin qrupda yer alıb. Avropa çempionatında zəif rəqib olmur və autsayder anlayışı yoxdur. Son illərin statistikası göstərir ki, bəzi yığmalar uğurla çıxış edirlər. İspaniya millisi dünya reytinqində ilk üçlükdə yer alır. Gürcüstan, Bosniya və Herseqovina yığmaları ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar və çalışacaqlar ki, bacardıqca irəli getsinlər. Gürcüstan millisinin heyətində çoxlu sayda braziliyalı milliləşdirilmiş futzalçılar var. Bu, təbii ki, onların öz seçimidir. Komandamız bu mötəbər yarışa ciddi hazırlaşır.

-Millimiz Avropa çempionatına hazırlıq məqsədilə Bakıda Ukrayna yığması ilə yoldaşlıq oyunu keçirdi. Bu oyunlar komandamıza nə verdi və hansı çatışmazlıqları müəyyənləşdirdiniz?

- Həmin oyunları məşqçilər korpusu ciddi analiz edəcək. Millimiz üçün uğursuz iki oyun oldu. Tanıdığım komandanı heç bir oyunda görə bilmədim. Futzalçılarımız sanki bu matçlara qeyri-peşəkar yanaşdılar. Baş məşqçinin sözlərinə görə, futzalçılar kollektiv deyil, individual oyuna üstünlük verdilər. Hər iki oyunda komandamızın fiziki durumu aşağı səviyyədə idi. Ümid edirəm ki, məşqçilər korpusu bu oyunlardan ciddi nəticələr çıxaracaq. Yanvarın 8-də komanda bir araya gələcək. Məşqlərimizi yanvarın 16-dək Bakıda davam etdirəcəyik. Yanvarın 17-də isə Belçika ilə səfərdə yoldaşlıq oyunu keçirəcəyik. Bu, final mərhələsindən öncəki son hazırlıq matçımız olacaq. Daha sonra komanda Niderlanda yollanacaq. Ümid edirəm ki, məşqçilər korpusu ilk oyunun keçiriləcəyi gün - ayın 22-dək komandanı normal vəziyyətə gətirəcəklər.

-Avropa çempionatında mübarizə aparacaq yığmamızın qarşısını hansı məqsədlər qoyulub?

- İlk məqsəd qrupdan çıxmaqdır. Bu bizim minimum məqsədimizdir. Millimiz 2010-cu ildən dünya və Avropa çempionatlarının iştirakçısıdır. Komandamızın böyük potensialı var. Hələ komandamızın üzvləri ilə görüşüm olmayıb. Avropa çempionatı öncəsi onlarla görüşəcəyəm. Bütün məsələlər müzakirə olunacaq, hədəfimizi bilirlər və bir daha məndən eşidəcəklər.

-Postpandemiyadan sonra qapalı məkanda ölkə çempionatına ilk start verən Azərbaycan Futzal Federasiyası oldu. Komandaları çempionata cəlb etmək çətin olmadı?

- Nəinki çətinlik, iştirakçıların sayı 2 dəfə artıq oldu. Futzal ölkəmizdə çox populyar idman növüdür. Texniki məsələlərə görə, bir neçə komandanı yarışa cəlb edə bilmədik. Komandaların çempionata cəlb olunmasında heç bir problemimiz olmadı. Onlar iştirak ərizələrini vaxtından əvvəl federasiyaya təqdim etmişdilər.

-Ölkə çempionatında mövsüm yarılanıb. Ümumi mənzərə necədir?

- Çempionatda birinci dövrəyə yekun vurulub. Sürpriz oyunlara şahidlik etdik. "CBC Sport" kanalı da daxili çempionatımızın oyunlarını işıqlandırır. Çempionatda çoxlu sayda gənc futzalçımız mübarizə aparır. U-19 millimiz bizim təklifimiz ilə çempionata cəlb olunub ki, təcrübələri çoxalsın. Məğlubiyyətləri də olur amma qələbələri də var. Fikirləşirəm ki, ölkə çempionatımız maraqlı keçir.

-"Araz-Naxçıvan"ın Çempionlar Liqasında uğursuz çıxışını nə ilə əlaqələndirirsiz?

- Ən böyük çətinlik fiziki durum idi. Bəzi futzalçıların zədə və kart səbəbindən oyunlarda iştirak etməməsi özünü göstərdi. Əsas da Ukrayna çempionu "Uraqan" ilə oyunda. Pandemiyadan sonra komandamız biz istəyən təlim-məşq toplanışını keçə bilməmişdi. Belə deyək ki, bir az çətin durumda idilər. Əgər futzalçı 1-2 ay məşqdən uzaq qalırsa, stabil formaya düşmək üçün ən azı 5-6 ay tələb olunur.

-Gələn il U-19 yığmamız Avropa çempionatının əsas mərhələsində mübarizə aparacaq. Seçməmiz Xorvatiya, Belarus və Latviya komandaları ilə üz-üzə gələcək. Yarışa hazırlıq prosesi barədə məlumat verərdiniz…

-Ən əsas məsələ U-19-un ölkə çempionatında oynamasıdır. Çempionat yeni ildən bərpa olunacaq. Məqsəd komandanın oyun təcrübəsi toplamasıdır. Komandamız Avropa çempionatının əsas mərhələsindən əvvəl təlim-məşq toplanışı keçəcək. Çalışacağıq ki, millimiz iki yoxlama oyununda gücünü sınasın. Rəqiblərdən birinin "Araz-Naxçıvan", digərinin isə əsas yığmamız olmasını düşünürük. U-19 bizim gələcəyə ümid ilə baxdığımız komandadır. Bunun işartılarını artıq görürük. Əsas millinin son təlim-məşq toplanışına U-19-da forma geyinən bir futzalçı - Xəzər Ağalızadə dəvət olundu. Nurlan Mehdizadə isə bir müddət əvvələdək U-19-da çıxış edirdi. Onu həm “Araz-Naxçıvan”a cəlb etmişik, həm də millinin toplanışına qatıldı. Baş məşqçi Joze Alesio Da Silva gələcəkdə daha bir neçə gənc və perspektivli oyunçunu əsas komandaya cəlb edəcək.

-Növbəti il üçün plan və hədəfləriniz nədir?

-İstərdik daha çox gənc futzal ilə məşğul olsun. İdmanın bu növü ölkəmizdə çox sevilir. 14-16 yaşlı uşaqların futzala cəlb olunması prioritet işimizdir. Bu istiqamətdə işlərimizi həmişə davam etdiririk.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər