CƏMİYYƏT
Zaur Əliyev: 2020-ci ildə icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə ürək və damar cərrahiyyəsi üzrə 1252 əməliyyat həyata keçirilib VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Ötən il icbari tibbi sığortanın tətbiq olunduğu 23 inzibati ərazi üzrə 35 min 287 cərrahi əməliyyat həyata keçirilib. Bu da 2019-cu illə müqayisədə 7 faiz artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın 2020-ci il üzrə tətbiqi ilə bağlı fevralın 4-də keçirilən mətbuat konfransında deyib.
Z.Əliyev bildirib ki, ötən il icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə ürək və damar cərrahiyyəsi üzrə 1252 əməliyyat həyata keçirilib. O bildirib ki, uşaqlar üzərində icra olunan ürək və damar cərrahiyyəsi üzrə əməliyyatların sayı 68 olub.
Onun sözlərinə görə, ölkədə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində planlı əməliyyatların keçirilməsi müəyyən dövrədək təxirə salınıb. Bundan başqa, icbari tibbi sığortanın tətbiq olunduğu 23 inzibati ərazidə fəaliyyət göstərən 7 tibb müəssisəsi koronavirus pandemiyası ilə əlaqədar olaraq karantinə bağlanıb.