İDMAN
Zaur Həşimov: “Qarabağ”ın heyətində işini bacaran legionerlər vardır
Bakı, 20 avqust (AZƏRTAC). Hollandiyanın “Twente” komandasına qarşı 2009-cu ildə keçirilmiş hər iki oyunda “Qarabağ” futbol komandasının heyətində meydançaya çıxmışam. O vaxt heyət yerli futbolçulardan qurulmuşdu.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq müdafiəçisi, klubun U-19 komandasının baş məşqçisi Zaur Həşimov söyləyib.
Mütəxəssis deyib ki, əsas heyətdə legioner futbolçulardan təkcə Admir Teli mübarizə aparırdı. Gənc futbolçularımızı yenicə üzə çıxırdılar. Əfran İsmayılov, Rauf Əliyev, Maksim Medvedev kimi oyunçular var idi. “Twente” isə çox güclü idi. “Twente” isə Stiv Maklarenli kimi aparıcı legioneri və yerli futbolçuları ilə fərqlənirdi.
İndi “Twente”nin heyəti gəncləşib. “Qarabağ”ın heyətində isə işini bacaran legionerlər var. Ümid edirəm ki, “Qarabağ” qrup mərhələsinə düşəcək.
Baş məşqçi Qurban Qurbanovun komandası Avropa Liqası yarışlarının pley-off mərhələsində Hollandiyanın “Twente” klubu ilə üz-üzə gələcək. Enşede təmsilçisi “Qarabağ” üçün tanış rəqibdir. “Qarabağ” 2009-cu ildə bu komanda ilə Avropa Liqasının pley-off mərhələsində oynayıb və iki oyunun nəticəsinə görə uduzub. Evdə qolsuz heç-heçə nail olan “Qarabağ” səfərdə 1:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.