Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Zəfər Günü və Fikrət Əmirovun yubileyi Avstriyada təntənəli şəkildə qeyd olunub VİDEO

Zalsburq, 9 noyabr, AZƏRTAC

Zəfər Günü münasibətilə Avstriyanın Zalsburq şəhərində yerləşən Motsarteum Fondunun Böyük Zalında təntənəli konsert proqramı və rəsmi qəbul təşkil olunub. Avstriyada klassik musiqi mərkəzlərindən biri olan və dahi Volfqanq Amadeus Motsartın doğulduğu Zalsburqda bəstəkarın adını daşıyan fondda ilk dəfə Azərbaycan klassik əsərləri səsləndirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Zalsburqda fəaliyyət göstərən konsulluqların təmsilçiləri, hökumət nümayəndələri, yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli açılış nitqində cari ildə bir sıra əlamətdar yubileylərin qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu il Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur, lakin iki ölkə arasında əlaqələrin tarixi daha qədimlərə gedib çıxır. Belə ki, hələ 1473-cü ildə Azərbaycan Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsən və Müqəddəs Roma İmperiyasının avstriyalı kayzeri III Fridrix arasında diplomatik yazışmalar və qarşılıqlı elçi səfərləri baş verib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda Şuşa şəhərinin 270 illik yubileyi və bu münasibətlə “Şuşa İli” geniş qeyd edilir. “Azərbaycan musiqisinin məbədi” adlandırılan Şuşa şəhəri və ümumilikdə Qarabağ regionu Azərbaycan mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş edib, həmin şəxslər Azərbaycan ədəbiyyatı, ictimai fikir və mədəniyyətinin inkişafına təkan veriblər. Onların sırasında bu il 100 illik yubileyi qeyd edilən bəstəkar Fikrət Əmirovun xüsusi yeri var. Öz ölməz əsərləri ilə Azərbaycan və dünya musiqisi üçün sanballı irs yaradan F.Əmirovun əsərlərində Azərbaycan xalq musiqisi və milli melodiyalar ön planda dayanır. F.Əmirov Avropa klassik musiqi ənənələrinin Azərbaycan milli musiqi və muğam sənəti ilə sintezini özündə ehtiva edən simfonik muğam janrının banisidir. Azərbaycan mədəniyyəti tarixində özünəməxsus izlər qoymuş dahi şəxsiyyətlər - Üzeyir Hacibəyli, Niyazi, Bülbül, Cabbar Qaryağdıoğlu və digərləri kimi Fikrət Əmirov da Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərində dünyaya göz açmışdır.

Səfir diqqətə çatdırıb ki, bu gün bütün dünyada azərbaycanlılar Şuşanın 28 illik işğaldan sonra azad edildiyi 8 Noyabr - Zəfər Gününü fəxrlə bayram edir, Vətən torpaqlarının işğaldan azad olunması üçün canını fəda etmiş igid oğullarımızın xatirəsini minnətdarlıqla anır. Diqqətə çatdırılıb ki, 2023-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan edilib, davamlı sülhün, inkişafın və tərəqqinin təmin edilməsini hədəf götürən Azərbaycan Şuşanı və ümumilikdə Qarabağ regionunu sülh və əmin-amanlıq hökm sürən məkana çevirəcəkdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini diqqətə çatdırıb. Şuşanın Azərbaycanın tarixi, mədəni, ictimai-siyasi həyatında mühüm mərkəzlərindən biri olduğunu qeyd edən Komitə sədri şəhərin əsasının Azərbaycanın Qarabağ xanlığının xanı Pənahəli xan tərəfindən qoyulduğunu bildirib. Azərbaycan maddi-mədəni irsinin inkişafında xüsusi çəkisi olan Şuşa şəhərində toxunmuş xalçalar hələ 1867-ci ildə Parisdə beynəlxalq sərgidə mükafata layiq görülüb.

Komitə sədri diqqətə çatdırıb ki, Avstriyanın mühüm mədəni mərkəzlərindən biri olan Zalsburq şəhərində Azərbaycan Evi fəaliyyət göstərir və iki ölkə arasında mədəni və dostluq əlaqələrinin inkişafı, eləcə də soydaşlarımızın sıx birləşməsi istiqamətində müntəzəm işlər aparılır.

Tədbirin bədii hissəsində tanınmış dirijor, professor, Xalq artisti, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun dirijorluğu ilə Zalsburq Simfonik Orkestri Azərbaycan və Avstriya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Əlamətdar məqamlardan biri ondan ibarət olub ki, Y.Adıgözəlovun timsalında ilk azərbaycanlı dirijor məşhur Motsarteum Fondunun Böyük Zalında konsertə rəhbərlik edib. Konsertdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev və digər Azərbaycan bəstəkarlarının əsərləri böyük maraqla qarşılanıb. Konsertin V.A.Motsartın məşhur əsərlərindən birinin uvertürası ilə başlaması və bəstəkar Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi“ ilə kulminasiya nöqtəsinə çatması simvolik məna daşıyıb. Hər iki ölkədə musiqi ənənələrinin dərinliyi və özünəməxsusluğunu bir daha nümayiş etdirib. Solistlər Orxan Cəlilov (bariton), Mirələm Mirələmovun (xanəndə) və Fərid Feyzullayevin (skripka) ifaları sürəkli alqışlara səbəb olub.

Konsert proqramından sonra qonaqlara ziyafət verilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Zalsburq

Zəfər Günü və Fikrət Əmirovun yubileyi Avstriyada təntənəli şəkildə qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qarabağ”a 2 qol vuran gürcüstanlı hücumçu Fransada qarət olunub

AzMİU-da tullantıların idarə edilməsinə dair maarifləndirici seminar təşkil olunub

ANAMA: Ötən ay 4 min 707,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycanın və Özbəkistanın həmkarlar ittifaqları arasındakı münasibətlər müzakirə olunub

Qvineya-Bisaunun nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

ADPU-nun müəllimləri Bartın Universitetində tədris prosesində iştirak ediblər

“Hürriyyet” qəzeti: Ankaradakı beynəlxalq qurultayda Azərbaycandan 86 mediator iştirak edib

SMART hədəflər, peşəkar imic və motivasiya

Turizmin COP-da simvolu olan nar ağacı Braziliyada əkilib

Ülviyyə Zülfikar: Qayıdış hüququna dair konfransda 52 ölkədən nümayəndələr iştirak edəcəklər

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlanır

Rəvan Həsənov: Multikulturalizm siyasəti mədəniyyətlər və sivilizasiyalar arasında dialoq üçün vacibdir

Türk gənc fəallar COP29-u ətraf mühit sahəsində təcrübənin toplanması üçün mühüm töhfə adlandırıblar

“Politico”: Avropada qeyri-qanuni miqrantların deportasiyası qaydaları dəyişdiriləcək

Hakan Fidan NATO Xarici İşlər Nazirlərinin Toplantısında iştirak edəcək

BDU tələbələri Rusiyanın Roskonqress Fondunun təcrübə kursunda iştirak ediblər

Türkmənistanda Azərbaycan vətəndaşlarına pasport və digər konsulluq xidmətləri göstərilib

Bu ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına 379 çəpgözlük əməliyyatı icra olunub

NATO Rusiya ilə sərhədin yaxınlığında böyük təlimlərə başlayır

Şotlandiya KES-lərində çalışacaq işçilər üçün 1,6 milyon funt sterlinq dəyərində təlim mərkəzi açılır

“Gilavar Foto Klubu”nun üzvləri Moskvada TASS-ın seminarında iştirak ediblər

Azərbaycanın U-19 millisi seçmə mərhələdə çıxışını başa vurub

DİA-da “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

Gürcüstanın Aşağı Kartli regionunda qeydə alınmış xırdabuynuzlu heyvanların taun xəstəliyi aradan qaldırılıb

Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilib

Azərbaycan məktəbliləri Dünya Riyaziyyat Çempionatında 1 qızıl, 12 bürünc və 2 gümüş medal qazanıblar

İxracdan əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmamaqda şübhəli bilinən daha bir neçə nəfər ifşa edilib

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Gürcüstandan olan güləşçimiz beynəlxalq turnirin qalibi olub

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Macarıstanda təqaüdlə təhsil almaq imkanı: sənəd qəbuluna başlanılıb

Albaniyalı hücumçu qış fasiləsində "Qarabağ"dan ayrıla bilər

Qərbi Azərbaycandan olan 75 yaşlı Xanım nənə: Ömür vəfa etsə, dədə-baba yurduma qayıdacağam

Britaniya Avropa İttifaqına 10 milyard funt sterlinq ayırıb

İsveç alimləri zəlzələlərin proqnozlaşdırılması üsulu üzərində işləyirlər

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirilir YENİLƏNİB 2 VİDEO

Elm və təhsil naziri Tərtərdə vətəndaş qəbulu keçirəcək

Fermerlərin “Kənddən Şəhərə” Yeni il yarmarkasında iştirakı üçün qeydiyyat başlayıb

Ekvadorda silahlı hücum nəticəsində azı 10 nəfər ölüb

Liderlər Sammitində COP29-un informasiya təhlükəsizliyindən danışılıb

Cəbrayılda daha 34 ailəyə evlərin açarları təqdim olunub - YENİLƏNİB

İngiltərədə tikinti zamanı 100 min funtluq Roma xəzinəsi aşkarlanıb

Dünyamızın humanitar dəyərlərə ehtiyacı var...

Gələn il Qvineya-Bisau tələbələrinin Azərbaycanda təhsil alması proqramının icrasına başlanılacaq

"Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib

Qvineya-Bisau XİN-in rəhbəri: Əminik ki, birlikdə irəliyə doğru hərəkət edə bilərik

İrakli Kobaxidze: Son illərdə Gürcüstanda 3 dəfə inqilaba cəhd olunub

Azərbaycan və Qvineya-Bisau XİN-ləri arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb

Ceyhun Bayramov: Qvineya-Bisau Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxsaylı təşəbbüslərinə dəstək verib

“Volkswagen” şirkətinə aid zavodlarda yeni tətil başlayıb

“Dəyişən dünyada mədəniyyətlərin dialoqu” - beynəlxalq forum

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıb

SOCAR tərəfindən Slovakiyaya qaz təchizatına başlanılıb

Sabahın hava proqnozu açıqlanıb

Qubada vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

COP29-un Azərbaycana qazandırdığı mühüm üstünlüklər - RƏY

Gömrükçülər İrandan Rusiyaya narkotik vasitə aparılmasının qarşısını alıb

Berlində qayığın yük gəmisi ilə toqquşması nəticəsində bir nəfər həlak olub

ÜƏMT rəsmisi: Əqli mülkiyyət hüquqlarının qorunması yaradıcı sənaye üçün olduqca vacibdir

Qərbi Azərbaycan abidələri: erməniləşdirilməyə cəhd edilən Tauz-qala

Azərbaycan Kuboku: 1/8 final oyunlarının hakimləri bəlli olub

Fuad Hüseynov: Sovet vaxtı Azərbaycan kütləvi qaçqınlıq və köçkünlük məsələsi ilə üzləşən ilk respublika olub

Media: ABŞ Çinin 140 şirkətinə yarımkeçirici ixracını qadağan edəcək

Atəşkəsdən sonra 570 mindən çox livanlı evlərinə qayıdır

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Türkiyə millisinin oyununa təyinat alıb

Sabunçu rayonunda məktəb direktorları ilə görüş olub

Revmatoloq: Revmatoid artritin effektiv müalicəsi üçün vaxtında diaqnoz qoyulması vacib şərtdir

“Bir qəlbi də sən isit!” aksiyasına start verilib

“Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb

Həftəsonu Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edilir

Fond: Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlarla 6 minə yaxın müqavilə bağlanıb

Almaniyanın Federal Kansleri Ukraynaya qəfil səfər edib

Mirbala Səlimli: Qədim ənənələri olan Şəkinin teatr tarixi də çox qədimdir

“Ailə hüququnda övladlığa götürmə və himayədar ailə institutu” - elmi seminar

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Gözdən əlilliyi olan şəxslər üçün icra olunan “Sosial notlar” layihəsi iştirakçılarına aktivlər verilib

Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdış məsələsi qeyri-sağlam cəhdlərin qarşısını almaq üçün vacib əhəmiyyət kəsb edir

İcma sədri: Prezident İlham Əliyevin siyasi iradəsi ermənilərin 200 illik strategiyasını darmadağın etdi

® MINISO brendi Bakıda Harri Potter məhsullarının ilk satış günü təqdimatına dair tədbir keçirib VİDEO

Əli Hüseynli: Son iki ildə Qərbi Azərbaycanla bağlı çox böyük işlər görülüb

Yağış dekabrın 4-ü səhərədək davam edəcək

"İnter"lə matçda ürəyi dayanan futbolçunun durumuna aydınlıq gəlib

Hərbi Prokurorluq DİN-in Daxili Qoşunları ilə hərbi hissədə birgə tədbir keçirib

BANM-in rektoru xaricdə təhsil alacaq tələbələrlə görüşüb

Metronun “Nəsimi” stansiyasında taktiki-xüsusi təlim keçirilib VİDEO

Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilir VİDEO

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Prezident İlham Əliyev milli bayram münasibətilə laoslu həmkarını təbrik edib

Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Thonqlun Sisulitə

Prezident İlham Əliyev: Azərbaycan-BƏƏ siyasi dialoqu əməkdaşlığı genişləndirmək üçün yaxşı zəmin yaradır

Yaxın vaxtlarda şagirdlər üçün davranış qaydaları bütün məktəblərdə tətbiq olunacaq

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana

Elm və Təhsil Nazirliyinin şöbə müdiri: Bullinqlə bağlı konsepsiya hazırlayırıq

Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu yenilənib

ÜƏMT rəsmisi: Şadıq ki, yeni modeli Azərbaycanda sınaqdan keçirəcəyik və ölkədə bunun üçün hər cür şərait var VİDEO

“Azəristiliktəchizat”ın rəhbərliyi Salyan və Neftçala sakinləri ilə görüşüb

Pakistanın Faysalabad Universitetinin nümayəndəsi Ədəbiyyat Muzeyində olub