Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Zəfər salnaməsi”

Bakı, 18 fevral, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsindən bəhs edən “Zəfər salnaməsi” kitabı nəşr olunub.

Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, kitabda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın diplomatiya və informasiya cəbhələrində qətiyyətli mübarizə aparması, şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı xilaskarlıq missiyasını şərəflə yerinə yetirməsi nəticəsində tarixi ədalətin bərpa olunması və digər mühüm məsələlər əksini tapıb.

Azərbaycanın Vətən müharibəsi zamanı möhtəşəm Qələbə qazanması, uzun müddətdir Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması, heç şübhəsiz, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Qüdrətli Azərbaycan Ordusunun 44 günlük Qələbə yürüşü nəticəsində yazılan şanlı qəhrəmanlıq dastanı unudulmaz Zəfər salnaməsi olmaqla yanaşı, dünya hərb tarixinə düşən nadir nümunədir. Əlbəttə, ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir.

O da xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevdir. Dövlətimizin başçısının hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə mahir strateq nümunəsi ortaya qoymaqla yanaşı, informasiya müharibəsində Azərbaycanın haqq-ədalət səsi oldu, qətiyyətlə və cəsarətlə bütün təzyiqləri dəf etdi, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev ötən müddət ərzində hücum diplomatiyası həyata keçirməklə, müxtəlif beynəlxalq kürsülərdən tarixi həqiqətləri, Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi ilə əlaqədar vacib hüquqi və siyasi məsələləri diqqətə çatdırmaqla, dünya miqyasında ictimai rəyin Azərbaycanın lehinə dəyişməsini təmin etdi. Qeyd edilməsi vacib olan ən mühüm məsələlərdən biri budur ki, Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı ardıcıl uğurlarına paralel olaraq, dövlətimizin başçısı dünyanın nüfuzlu nəşrlərinə müsahibələri, xalqa müraciətləri zamanı bütün reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı, erməni yalanlarını ifşa etdi, anti-Azərbaycan dairələrin qarayaxma kampaniyasını iflasa uğratdı. Bunun nəticəsidir ki, beynəlxalq mediada Azərbaycanın haqlı, ədalətli mövqeyini əks etdirən çoxlu sayda məlumatlar, təhlil xarakterli materiallar tirajlandı, müxtəlif süjetlər yayımlandı. Bu isə informasiya müharibəsində Azərbaycanın mütləq üstünlüyünü təmin edən mühüm amil oldu.

Bu gün də bəhs olunan məsələləri özündə ehtiva edən materiallar nəşr olunur, yerli və beynəlxalq auditoriyanın - geniş ictimaiyyətin diqqətinə təqdim edilir. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası tərəfindən bu günlərdə nəşr olunan “Zəfər salnaməsi” adlı kitabda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə diplomatiya və informasiya cəbhələrində apardığı uğurlu və qətiyyətli mübarizə, Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı döyüş meydanında öz sözünü deməsi və xilaskarlıq missiyasını şərəflə yerinə yetirməsi ilə əlaqədar məsələlər öz əksini tapıb.

“Şərq-Qərb” mətbəəsində işıq üzü görən 536 səhifəlik nəşrdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan həqiqətləri, müharibə reallıqları ilə bağlı dünyanın aparıcı televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərinə verdiyi müsahibələr, Türkiyənin, eləcə də müxtəlif ölkələrin hökumət və dövlət başçıları ilə görüşləri zamanı çıxışları, Azərbaycan xalqına müraciətləri, xüsusilə də Şuşanın işğaldan azad olunması ilə əlaqədar Şəhidlər xiyabanından xalqımıza səslənməsi öz əksini tapıb. Ən əsası, kitabda müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur!” fikirlərinin ardınca Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətlərində yer alan, bu gün də fəxrlə ifadə etdiyimiz “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” sözlərinə yer verilib.

Yeri gəlmişkən, nəşrdə ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışının yer alması müstəsna əhəmiyyətə malikdir. O mənada ki, Vətən müharibəsində əsas şüara çevrilən “Qarabağ Azərbaycandır və nida işarəsi” çağırışı məhz bu sessiyada Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və cəsarətlə bəyan edilmişdi.

Diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin bəzi nüfuzlu nəşrlərin, informasiya agentliklərinin və televiziya kanallarının jurnalistlərinin bəzən qərəzdən, bəzən isə məlumatsızlıqdan irəli gələn qeyri-adekvat suallarını səbirlə, təmkinlə, diplomatik tərzdə cavablandırması, bu müsahibələri ilə həm işğalçı Ermənistana, həm də dünyaya tarix, hüquq və qürur dərsi keçməsi oldu. Məhz bu mühüm məqamlar da ətraflı şəkildə “Zəfər salnaməsi”ndə yer alıb.

Nəşr oxuculara, həmçinin dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşünün mühüm məqamlarını çatdırıb. Həmin görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq” sözləri 44 günlük Vətən müharibəsində Azərbaycanın unudulmaz tarixi zəfərini təmin edən amillərin həm daxili, həm də beynəlxalq auditoriyanın diqqətinə çatdırılması baxımından çox önəmli fikirlər kimi nəşrdə əks olunub.

Kitabda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfərlərinə də geniş yer ayrılıb.

“Zəfər salnaməsi” Bakının Azadlıq meydanında Vətən müharibəsində şanlı Qələbəyə həsr olunmuş Zəfər paradı ilə tamamlanıb. Bu hissədə dövlətimizin başçısının dərin məzmunlu nitqi və tarixi əhəmiyyətə malik fikirləri öz əksini tapıb.

Bunlarla yanaşı, ölkə Prezidentinin işğal altında olan torpaqlarımızın bir-birinin ardınca işğaldan azad edilməsi ilə bağlı “Twitter” səhifəsində paylaşdığı müjdəli xəbərlər də kitabın səhifələrini bəzəyir.

Bir sözlə, “Zəfər salnaməsi” Azərbaycanın tarixi ədalətin bərpası uğrunda mübarizəsi ilə əlaqədar faktların öyrənilməsinə və möhtəşəm qələbəmizlə bağlı həqiqətlərin təbliğinə imkan verən çox əhəmiyyətli, zəruri informasiyalarla zəngindir. Nəşr, bütövlükdə, Azərbaycanın tarixi zəfərinin ayrı-ayrı məqamlarını özündə əks etdirən dəyərli, zəngin və mötəbər mənbədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İçərişəhərdə Zəfər Gününə həsr olunmuş konsert təşkil olunub

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ikinci medalı qazanıb

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

Premyer Liqanda XI turun daha iki oyunu keçirilib

44 günlük Zəfər: Azərbaycan dövlətinin siyasi iradəsi və hərbi qüdrətinin təntənəsi

Aaron S. Uotkin: BIAF-2006 festivalının gözəl ab-havası var

Metronun “28 May” stansiyasında “Zəfər arzuları” adlı sosial aksiya olub

Professor: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi tarixi Zəfərdə həlledici rol oynayıb

Cakartada Azərbaycanın Zəfər Günü qeyd olunub

Fransada etirazların yeni dalğası: 7 noyabr aksiyaları gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir

Zəfər Günü xalqımızın yaddaşında milli qürur və qəhrəmanlıq rəmzi kimi qalacaq

Malayziyada Azərbaycanın Zəfər Günü qeyd olunub

Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb VİDEO

Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb VİDEO

Qaradağda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli ümumrayon tədbiri keçirilib

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi kadrları ilə bağlı paylaşım edilib VİDEO

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Etirazlar Avropa siyasi sisteminin qarşısında duran sualları üzə çıxarır - ŞƏRH

Bu saata olan əsas xəbərlər

“AzerGold” kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir olub

I Aşıq Festivalının yekun konserti olub

Təbrizdəki baş konsulluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Marneulidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan qürur” adlı tədbir keçirilib

AZƏRTAC ilə Belarusun BELTA agentliyi arasında yeni əməkdaşlıq sənədi imzalanıb

Beyləqanda “Şəhidlər” Abidə Kompleksinin və “Şəhidlər” parkının açılışı olub

Sarayevoda Zəfər Gününün 6-cı ildönümü münasibətilə qəbul keçirilib

“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi

Tarixi Zəfər Azərbaycanın siyasi iradəsinin, iqtisadi qüdrətinin və milli birliyinin nəticəsidir ŞƏRH

Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb

Berlində 20-ci Azərbaycan-Alman Tibb Günlərinin açılışı olub VİDEO

Berlində 20-ci Azərbaycan-Alman Tibb Günlərinin açılışı olub VİDEO

Maliyyə Nazirliyində 8 Noyabr – Zəfər Günü qeyd olunub

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

UNESCO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Oljas Süleymenovdan

Zəfər Gününün bizə aşıladığı ən mühüm dəyərlərdən biri də dövlətçilik məsuliyyəti və milli həmrəylikdir - ŞƏRH

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Azərbaycanın Zəfər Günü Haaqada qeyd olunub

Şamaxı Astrofizika Rəsədxanası ilə Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Ağdaşda “Heyva festivalı” keçirilib - YENİLƏNİB VİDEO

Ağdaşda “Heyva festivalı” keçirilib - YENİLƏNİB VİDEO

Çinli tələbələr və müəllimlər Azərbaycan xalqının Zəfər Gününü təbrik ediblər VİDEO

Çinli tələbələr və müəllimlər Azərbaycan xalqının Zəfər Gününü təbrik ediblər VİDEO

Masallıda Zəfər Gününə həsr olunan 21 kilometrlik yarımarafon təşkil edilib VİDEO

Masallıda Zəfər Gününə həsr olunan 21 kilometrlik yarımarafon təşkil edilib VİDEO

® NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib

Fransada təhsil işçiləri və tələbələr noyabrın 10-da yenidən küçələrə çıxacaq

“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib

“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib

AHİK-də Zəfər Gününə həsr olunmuş “Zəfər tarixi” tədbiri təşkil olunub

Müharibədən altı il sonra: Sülh, tərəqqi və rifah VİDEO

Müharibədən altı il sonra: Sülh, tərəqqi və rifah VİDEO

Naxçıvanda Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası çərçivəsində 825 ədəd tut tingi əkilib

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib VİDEO

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib VİDEO

Şəhid gizir İsgəndər Museyiblinin qəhrəmanlığı ailəsinin və xalqımızın yaddaşında yaşayır

Zəfər Günü: tarixi ədalətin və birliyin təntənəsi

Gəncədə fəal gənclərin təşəbbüs və təklifləri dinlənilib

Niyazinin mənzil-muzeyində Zəfər Günü: vətənpərvərlik ruhlu musiqi nömrələri təqdim edilib

Xatirə Vəliyeva: Uşaqlığımın keçdiyi stadion bu gün mənim üçün xüsusi qürur və sevinc mənbəyidir

Qarabağ Zəfərinin tarixi əhəmiyyətinə elmi baxış

Ərzurumda Zəfər Günü münasibətilə konsert keçirilib

Tərtərdə Zəfər Günü münasibətilə konsert təşkil olunub

Zəfər Günü Eskişehirdə xüsusi proqramla qeyd edilib

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunub

İşə yeni qəbul olunan vəkil köməkçilərinə tövsiyələr verilib

Zəfər quruculuq və Böyük Qayıdışla yaşadılır - ŞƏRH

Müharibə veteranı: Azərbaycan xalqının birliyi və Ordumuzun gücü tarixi Zəfərimizi təmin etdi

Fransa Polineziyası Assambleyası təbii sərvətlər üzərində suverenliyi nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib

Bayraq sevgisindən şəhidlik zirvəsinə: Aşur Cəmiyevin ömür yolu

8 Noyabr - əbədi qürur və şərəf günümüz: Vətən müharibəsi iştirakçısının təəssüratı

Ankaradakı rəqəmsal reklam lövhələrində Azərbaycanın ünvanına təbriklər yerləşdirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Bayramlarla əlaqədar Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq ediləcək

Rostropoviçlərin ev-muzeyində anım tədbiri - “Dostluğun və musiqinin harmoniyası”

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Günü münasibətilə konsert proqramı təqdim edib

Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub VİDEO

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 152-ci kitabı çapdan çıxıb

Zəfərdən elmi tərəqqiyə: azad edilmiş ərazilərin bərpasında elmi yanaşmaların rolu

Macarıstanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş musiqili tədbir VİDEO

Macarıstanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş musiqili tədbir VİDEO

Fotoqrafiyanın poetik dili: gündəlik həyatın görünməyən gözəlliyi VİDEO

Fotoqrafiyanın poetik dili: gündəlik həyatın görünməyən gözəlliyi VİDEO

Azərbaycanın Zəfər Günü Tailandda qeyd olunub

Sabaha olan hava proqnozu açıqlanıb

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: ölən və yaralanan var VİDEO

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: ölən və yaralanan var VİDEO

Zəfər salnaməsinin canlı şahidi: Kamran Şəfiyevin döyüş yolu və Vətən sevgisi

Zəfər Günü xalqımızın mübarizə əzminin, birliyinin və qəhrəmanlığının canlı təcəssümüdür ŞƏRH

Böyük Zəfər güclü dövlətin, qüdrətli Ordunun, xalq-iqtidar birliyinin nəticəsi idi ŞƏRH

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bir şəhidin son məktubu, bir millətin Zəfər dastanı

Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır

Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazanıblar

"Sabah" legioner basketbolçu ilə vidalaşıb

® “Faiqoğlu” 150 ədəd elektrik avtobusun satınalınması üçün tender elan edib

Premyer Liqa: “Şəfa" bu gün Sumqayıtda "Araz-Naxçıvan"la üz-üzə gələcək

DSX-də Zəfərin 6-cı ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

“Hər zaman əsgərlərin yanındayıq” - “Əsgərə məktub”un müəllifləri Vətənin keşikçiləri ilə fəxr etdiklərini deyirlər VİDEO

“Hər zaman əsgərlərin yanındayıq” - “Əsgərə məktub”un müəllifləri Vətənin keşikçiləri ilə fəxr etdiklərini deyirlər VİDEO

Kolumbiya mediasında Azərbaycanın Zəfər Günü və postmüharibə quruculuğu geniş işıqlandırılıb

Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib VİDEO

Milli Kitabxanada “Şərq qapısı qəzeti” – 105” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

AZƏRTAC ilə “QAZCONTENT” xəbər mübadiləsi sahəsində əməkdaşlığa başlayır

RİNN-də Zəfər Günü qeyd olunub, könüllü qanvermə aksiyası təşkil edilib

Milli Kitabxanada “8 Noyabr – Zəfər Günü” adlı virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Vətən müharibəsi iştirakçısı: Zəfərə gedən yolla bağlı xatirələr ömrüm boyu yaddaşımdan silinməyəcək

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib VİDEO