“ZəfərimİZ” kampaniyası davam edir
Bakı, 24 oktyabr, AZƏRTAC
“Davam” Gənclər Hərəkatı 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar olaraq keçirilən “ZəfərimİZ” kampaniyası davam edir.
Hərəkatdan AZƏRTAC-a bildiriblər ki, “ZəfərimİZ” kampaniyası çərçivəsində Şəmkir Gənclər Evində gənclərlə görüş keçirilib.
Görüş zamanı Azərbaycanın 44 gün ərzində keçdiyi şanlı Zəfər yolu, regiondakı geosiyasi şərait, postmüharibə dövrünün reallıqları, “Davam” Gənclər Hərəkatının fəaliyyəti, gördüyü işlər və gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb.