Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfərin 5 yaşı

Bu gün Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə böyük coşqu və sevinclə qeyd edilir

Bakı, 8 noyabr, AZƏRTAC

2020-ci ildən sonra noyabr müstəqil və müasir Azərbaycanın tarixinə unudulmaz ay kimi daxil olub. Həmin il sentyabrın 27-də başlanan Vətən müharibəsi 44 gün sonra möhtəşəm Zəfərlə başa çataraq xalqımızın 30 illik həsrətinə son qoydu. Haqq savaşına qalxaraq torpaqlarımızın düşmən işğalından azad edilməsi yolunda ölüm-dirim mübarizəsi aparan neçə-neçə igid, qəhrəman oğullar şəhid oldu, yaralandı. Vətən müharibəsində hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Suqovuşan və digər qəsəbələr azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Noyabrın 8-i ölkəmizin yeni tarixinə Zəfər Günü kimi yazıldı. Uzun illərdən sonra işğalçı Ermənistan üzərində qazanılan Qələbə çoxəsrlik Azərbaycan tarixinin ən mühüm hadisəsidir.

AZƏRTAC Zəfərə aparan yolun və Vətən müharibəsi günlərində Azərbaycan Ordusunun keçdiyi döyüş yolunun bəzi məqamlarına nəzər salır.

Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfəri tarixdə ədalətli müharibə aparmağın nümunəsidir. Əlbəttə, müharibə etmək, qan tökmək heç bir xalq üçün arzuolunan deyil. Lakin elə müharibələr var ki, sülh naminə aparılır, haqqa, ədalətə söykənir, bəşəri əmin-amanlığa, azadlığa, milli dirçəlişə xidmət edir. Xalqımızın torpaqlarımızı zəbt etmiş Ermənistan silahlı qüvvələrinə qarşı apardığı müharibə də belə müqəddəs mahiyyət daşıyırdı. Bu, əsrlər boyu ədalətə, haqqa sığınan bir xalqın milli-mənəvi varlığı, qüruru, eləcə də Vətən, doğma yurd, ata-baba əraziləri uğrunda mübarizəsi idi.

2020-ci il noyabrın 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri yazıldı. Vətən müharibəsində Şuşa qalasının və şəhərinin işğaldan azad edilməsi çox ciddi əhəmiyyətə malik hadisə idi. Bu, demək olar ki, müharibənin taleyini həll edən amilə çevrildi. Xalqımızın Ulu Öndəri Heydər Əliyev əbəs yerə demirdi: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”.

Şuşa uğrunda aparılan döyüşlərdə atılan mürəkkəb və cəsarətli addımlar dünya hərb tarixinin misilsiz bir səhifəsini təşkil edir. Azərbaycan hərbçiləri dağlar qoynunda yerləşən Şuşa şəhərini erməni işğalçılarından azad etdilər. Qəhrəman əsgər və zabitlərimiz mürəkkəb dağ relyefi, sıldırım qayaları, sıx meşələri, dərin dərələri, çətin və keçilməz dolayları adlayaraq düşmən hərbçilərini Qarabağın baş tacı hesab olunan Şuşadan qovub çıxardılar.

Prezident İlham Əliyev Şuşa döyüşünün hərbi-siyasi əhəmiyyətini çox yüksək dəyərləndirərək deyib: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Zəfərə aparan yol

Həmin il Azərbaycan Ordusu Zəfər yürüşünə çıxdı. Vətən müharibəsinin başlandığı ilk gündən – sentyabrın 27-dən cəbhə xəttindən sevinc dolu xəbərlər gəlməyə başladı. İlk həmlədə Murov yüksəkliyinin azad olunması xəbəri qələbəyə inamı yüksəltdi. Bir-birinin ardınca uzun illər boyu düşmən tapdağı altında qalan kənd, qəsəbə və şəhərlər azad olunmağa başladı. Düşmən ordusunun yüzlərlə döyüş texnikasını, minlərlə canlı qüvvəsini məhv edən Müzəffər Ordumuz sürətlə irəliləyir, “Dəmir yumruq” əməliyyatı uğurla davam edirdi. Oktyabrın 3-də Suqovuşanın, oktyabrın 4-də Cəbrayılın, oktyabrın 9-da Hadrutun, oktyabrın 17-də Füzulinin, oktyabrın 20-də Zəngilanın, oktyabrın 25-də Qubadlının azad olunması ilə düşmənə layiqli cavablar verildi. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.

Müharibənin kulminasiya nöqtəsi isə şübhəsiz ki, Şuşa şəhərinin hərb tarixində misli görünməmiş qəhrəmanlıq və igidlik nəticəsində, əlbəyaxa döyüşlərlə azad edilməsi oldu. Şuşa döyüşləri ordumuzun mübarizə əzminin, Vətən sevgisinin ən yüksək zirvəsi idi. Azərbaycan Ordusu Şuşaya doğru dayanmadan, çox böyük inamla irəlilədi və demək olar ki, mümkünsüz işin öhdəsindən gəldi. Qəhrəman döyüşçülər yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını uğurla yerinə yetirdilər. Əsgər və zabitlərin döyüş üsulu qədim tarixi şəhəri dağıtmadan, ona xələl gətirmədən azad etməsi hərb tarixində tamamilə yeni idi. Sıldırım qayaları aşaraq böyük fədakarlıq nəticəsində ildırım sürəti ilə Şuşaya qalxan döyüşçülərin şücaəti dünyanı heyrətə saldı. Belə şücaəti yalnız haqq uğrunda savaşa çıxanlar göstərə bilərdilər.

Qırx dörd günlük Vətən müharibəsi, xüsusən Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir.

Tarixi Qələbənin dəyəri

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 Noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirirdi: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.

Prezident “məğlubedilməz erməni ordusu” mifini dağıdan, döyüş meydanında düşmənə dərs keçən Azərbaycan Ordusuna yüksək dəyər verərək deyib: “Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə, o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Azərbaycan 44 gün ərzində parlaq Qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın… Buna nail olduq. Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir”.

“Dəmir yumruq” əməliyyatının məntiqi və uğurlu sonluğu olan bu Qələbə yalnız Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün xalqımızın Zəfəri idi.

Antiterror əməliyyatları və suverenliyin tam bərpası

Lakin Qarabağ torpağında Azərbaycan Bayrağı dalğalanandan sonra da regionun bəzi ərazilərində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri vəziyyəti gərginləşdirməyə çalışır, vaxtaşırı terror aktları törətməkdə davam edir, təhlükə mənbəyi olaraq qalırdı. 2023-cü il sentyabrın 18-də düşmənin basdırdığı minanın partlaması nəticəsində 6 nəfər, o cümlədən polis əməkdaşları şəhid oldu. Artıq növbəti təxribat vəziyyəti dözülməz hala gətirmişdi.

Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan antiterror əməliyyatı uğurla nəticələndi. Azərbaycan ərazisindəki Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin ön xətdə və dərinlikdə olan mövqeləri, atəş nöqtələri, döyüş vasitələri və bazaları yüksək dəqiqlikli silahlarla vurularaq məhv edildi. Cəmi bir sutkaya yaxın müddətdə davam edən antiterror əməliyyatı növbəti dəfə Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi. 23 saat 43 dəqiqə sonra düşmən ağ bayraq qaldıraraq təslim olmağa məcbur oldu. Bununla da, Qarabağda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin, qondarma rejimin mövcudluğuna son qoyuldu, Qarabağ mövzusu birdəfəlik bağlandı.

Heç şübhəsiz ki, uğurla həyata keçirilmiş birgünlük lokal antiterror əməliyyatı Qarabağ savaşının, eləcə də Vətən müharibəsinin möhtəşəm yekunudur. Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan xalqının tarixində və taleyində ən möhtəşəm hadisədir.

Şanlı Zəfərdən Böyük Qayıdışa doğru

Zəfər vətəndaş, xalq və dövlət olaraq üzərimizə mühüm vəzifələr qoyur. Ermənistanla və onun havadarları ilə mübarizədə qazanılan Qələbə dünya miqyasında ölkəmizin rolunu və nüfuzunu nəzərəçarpacaq dərəcədə artırıb. Bu gün Azərbaycan yenə də bütün Cənubi Qafqazda sülhün təminatçısı kimi çıxış edir, əmin-amanlıq, sakitlik, dinc quruculuq yolu ilə irəliləyir. Şanlı Zəfərdən Böyük Qayıdışa doğru inamlı addımlar atılır, doğma Qarabağa yenidən həyat qayıdır. Xarabaya çevrilmiş, viran edilmiş evlərin yerində yeni binalar tikilir, abad kəndlər, yeni sosial və iaşə obyektləri, küçə və parklar salınır, bərpa-quruculuq işləri həyata keçirilir. Bir-birindən gözəl binalar, həyət-bacaları göz oxşayan evlər doğma sakinləri qoynuna alır.

Vətən müharibəsi məntiqi sonluğuna çatıb, şanlı Zəfərlə yekunlaşıb. Azərbaycan münaqişə və təcavüz nəticəsində pozulmuş ərazi bütünlüyünü öz gücü, Müzəffər Ali Baş Komandanın qətiyyəti, zabit və əsgərlərin böyük qəhrəmanlıq və şücaəti, xalqın möhtəşəm birliyi sayəsində bərpa edərək yeni məqsədlərə doğru uğurlu addımlar atır. Beş il əvvəl Azərbaycan xalqının yazdığı Zəfər dastanı isə tarixdə və yaddaşlarda hünər, qeyrət, igidlik, ədalət nümunəsi kimi əbədi olaraq yaşayacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ və Çin Rusiya ilə üçtərəfli danışıqların keçirilməsini vacib hesab edirlər

Litvada enerji şirkətlərinin fövqəladə mənfəətinə vergi tətbiq ediləcək

Kiyev ballistik raketlərlə vurulub

WSJ: Tramp Vensin İranla dialoqu bərpa etmək cəhdlərinə etiraz etməyib

“Fox News”: Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq

Rusiyada hasil edilən nadir mavi almazın bir karatının qiyməti 1 milyon dolları ötə bilər

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər

Aİ-nin gömrük rüsumu Macarıstan istehlakçılarını Asiya onlayn mağazalarından uzaqlaşdırır

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib

Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” kitabı işıq üzü görüb

ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif istəyib

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

Şavkat Mirziyoyev: Özbəkistan iqlim dəyişmələri ilə mübarizə səylərinə qətiyyətlə sadiqdir

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

Almaniya hökuməti strateji qaz ehtiyatının yaradılması barədə qərar qəbul edib

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Xudatda avtomobil yanaraq yararsız hala düşüb

Tallində “Ad günü şamları” sənədli filminin dünya premyerası olub

Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

Bu saata olan əsas xəbərlər

UNEC-in yeni rəsmi saytı təqdim olunub

Əfsanə Mehdiyeva RAGB-nin gələcəyi və gənclər diplomatiyası haqqında

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub

G7 ölkələri süni intellekt texnologiyalarının təhlükəsizliyinin vacibliyini vurğulayıb

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

GAİM-in gənc güləşçiləri beynəlxalq arenada uğur qazanıblar

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Media və Yayım Şurasının təşəbbüsü ilə növbəti təlim proqramına başlanılıb

Həmyerlimiz İsveçdə komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

Krakovdakı faciə ilə əlaqədar Azərbaycan Hökuməti adından Polşaya başsağlığı verilib

Ştutqart Azərbaycan Evində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edilib

“Google”, “Meta” və “TikTok” İndoneziyada hökumətin təklif etdiyi yeni müəlliflik hüququ qanununa etiraz edir

44 gündə qazanılan Zəfərin arxasında onilliklərin zəhməti və güclü iradə dayanır - ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

BŞTİ-nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb

Azərbaycan və Böyük Britaniya təqvimlərinin müqayisəli təhlili: Kelt ənənələrindən Novruza qədər

Küveytdə KƏŞ-ə üzv dövlətlərin vahid hərbi komandanlığının qərargahı yaradılacaq

Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb VİDEO

Edinburqdan Oksforda, oradan Sauthemptona: azərbaycanlı gənc tədqiqatçının elm yolu - MÜSAHİBƏ

OPEC qlobal neft tələbatının artımına dair proqnozlarını dəyişməyib

Oktyabrda OPEC-in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb

Saymon Stil: COP31-də genişmiqyaslı tədbirlər barədə razılığa gəlmək imkanımız var

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib

“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində bir qrup tələbə təltif edilib

Professor: Sahibkarlar dövlət dəstəyinin müqabilində ölkənin iqtisadi və intellektual inkişafına töhfə verməlidirlər

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

Bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik?

“Azparking” adından istifadə edilməklə vətəndaşlara qarşı fişinq hücumları həyata keçirilir

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Moskvada “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib

Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Fondu zərərdə olsa da “Arini”nin qurucusu Londonda 40 milyon funt sterlinqə malikanə almağa razılaşıb

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib

Azərbaycan Honkonqun nüfuzlu universitetləri ilə akademik əlaqələri gücləndirir

AzMİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsində iştirak imkanı əldə edib

Ekspert: ABŞ-dəki aralıq seçkilərdən sonra Tramp-Kim sammitinin baştutma ehtimalı artır

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə razılıq əldə edilib

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb

İngiltərə Bankının keçmiş baş iqtisadçısı: Britaniya iqtisadiyyatı ciddi böhranla üzləşə bilər

Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi açılıb

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

AYNA 35 avtobus marşrutu üzrə müsabiqə elan edib

Azərbaycan Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda təmsil olunub

Neft bazarında qeyri-müəyyənlik davam edir

Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub VİDEO

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanda kiberhücum indikatorlarının sayı 3 dəfə artıb

Lüksemburq: LuxAz assosiasiyası “La Fête de bienvenue” tədbirində Azərbaycan mədəniyyətini təqdim edib

Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

Böyük Britaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərilib

® “Birbank Taksit” kartı ilə noyabr alış-verişlərinə əlavə 5 faiz bonus

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

Konqo müstəmləkəçilik dövründə Belçikaya aparılan insan qalıqlarının qaytarılmasını tələb edir

Bakıda Frankofon Filmlər Festivalı təşkil olunacaq

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır