Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Zəhməti, hünəri və geniş ürəyi ilə çoxlarına nümunə olan fermer xanım – Lənkərandan VİDEOREPORTAJ

Lənkəran, 8 mart, İsmayıl Cəfərli, AZƏRTAC 

Ölkəmizdə ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı həmişə uca tutulub. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Ağır fiziki qüvvə tələb edən əkin-biçindən söhbət açılarkən ilk olaraq kişilər yada düşsə də, Azərbaycan qadını da hər zaman öz zəhmətkeşliyi ilə seçilib. Respublikamızda fermer təsərrüfatlarında işləyən kişilərlə yanaşı, bu sahədə çalışan fermer xanımlarımız da var. Onlardan biri də Lənkəran sakini Rəftarə Şükürovadır. Bu zəhmətkeş qadın uzun illərdir ki, torpağa mehr salıb, halal zəhmətinə güvənib.

AZƏRTAC xəbər verir ki, 30 ildən çoxdur müəllimlik peşəsi ilə məşğul olan Rəftarə Şükürova 12 ildir ömrünü torpağa, kənd təsərrüfatına bağlayıb. Şəhərdə böyüyüb boya-başa çatan Rəftarə xanım min bir əziyyətlə saldığı bağda daha çox vaxt keçirir, orada böyük həvəslə çalışır: “Lənkəran şəhərində yaşayıram. Hər gün səhər 8-də evdən çıxıb, İstisu qəsəbəsində bağıma gəlirəm, axşam 6-da isə evə qayıdıram. Demək olar ki, günümün çox hissəsini bu bağda keçirirəm. Bağ bir növ mənim həyatımdır. Əlbəttə ki, hər bir işin öz çətinliyi var. Amma onu bilirəm ki, sevərək gördüyün iş çətin deyil. Ümumiyyətlə, təbiəti sevdiyimə görə bu iş mənim üçün çox əzizdir”.

Lənkəran rayonunun İstisu qəsəbəsində yaratdığı “Sitrus vadisi” fermer təsərrüfatında müxtəlif növ sitrus meyvələri yetişdirən Rəftarə Şükürova 15 hektara yaxın torpaq sahəsinin 6 hektarında feyxoa, 3,5 hektarında kivi, 2 hektarında digər sitrus meyvələri, 1 hektarında isə qarışıq meyvə bağları salıb. Dövlət tərəfindən kiçik fermerlərə göstərilən qayğı ona daha da stimul verir: “Bağımızın ərazisi ildən-ilə genişlənir. Sağ olsun, cənab Prezidentimiz. Onun qayğısı ilə ölkəmizin kənd təsərrüfatı hazırda özünün inkişaf dövrünü yaşayır. Dövlətimizin kiçik fermerlərə göstərdiyi dəstək nəticəsində ildən-ilə inkişaf edirik, gəlirlərimiz daha da artır”.

Rəftarə Şükürovanın rəhbərlik etdiyi fermer təsərrüfatı Lənkəran rayonunun qabaqcıl təsərrüfatlarından biridir. Burada yetişdirilən məhsullar əsasən yerli bazarlarda, o cümlədən Bakı şəhərindəki mağazalarda və yarmarkalarda satışa çıxarılır. Həmçinin bağında yetişdirdiyi meyvələrin kompotunu, cemini, mürəbbəsini və turşularını hazırlayaraq “Aqrar Tədarük və Təchizat” ASC-nin layihəsi olan “Kəndən şəhərə” və “Şəhərdən kəndə” layihələri çərçivəsində satışını həyata keçirir. “Mən ötən ildən “Aqrar Tədarük və Təchizat” ASC-nin bir çox layihəsində iştirak edirəm. Onlarla əməkdaşlıq sayəsində məhsullarımızın satışını həyata keçirirəm. Həmçinin paytaxt Bakıda keçirilən yarmarkalarda məhsullarımızı satmaqla bölgəmizi daha da tanıdırıq. Aqroturizm layihəsi çərçivəsində tez-tez qonaqlarımız da olur. Bunların sırasında diplomatik korpusun nümayəndələrini, Bakı məktəblilərini və yerli turistləri qeyd edə bilərəm. Eyni zamanda, Gəncədən və respublikamızın başqa rayonlarından da qonaqlar qəbul edirik. Hər kəs istədiyi vaxt gəlib bağımızın qonağı ola bilər”, - deyə o qeyd edib.

Gözəl ana, həm də nənə olan Rəftarə xanımın 4 nəvəsi var. Zəhməti, hünəri, geniş ürəyi və cəsarəti ilə çoxlarına nümunədir. Necə ki, Rəftarə xanım bol məhsul əldə etmək, məqsədinə çatmaq üçün bağında işləməkdən yorulmur. Dəmir iradəli zərif cinsin nümayəndəsi, həm də bir daha sübut edir ki, kənd adamı üçün yaxşı dolanışıq yeri, firavan yaşamaqdan ötrü ən sərfəli və ən etibarlı iş yeri elə torpaqdır. Torpaq heç zaman borclu qalmır, ona çəkilən zəhmət hədər getmir.

Zəhməti, hünəri və geniş ürəyi ilə çoxlarına nümunə olan fermer xanım – Lənkərandan VİDEOREPORTAJ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO