Zelenski ABŞ Konqresində çıxış edəcək
Bakı, 17 sentyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 21-də ABŞ Konqresində senatorlar qarşısında çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN Konqres aparatının nümayəndəsinə istinadla məlumat yayıb.
Məlumata görə, Zelenskinin 2022-ci ilin dekabrında olduğu kimi hər iki palatanın birgə iclasında çıxışı planlaşdırılmır.
Bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Zelenskinin Vaşinqtona səfəri zamanı Konqres nümayəndələri ilə görüşəcəyini bildirsə də, görüşün hansı formatda keçiriləcəyini açıqlamamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:42]
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]