Zelenski Trampa müraciət edib
Kiyev, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampı, birinci xanım Melaniya Trampı və Amerika xalqını Şükran Günü münasibətilə təbrik edib.
Bu barədə AZƏRTAC V.Zelenskinin X sosial şəbəkəsindəki müraciətinə istinadla xəbər verir.
“Ukraynada çoxlu sayda həyatı xilas edən və hər gün müstəqilliyimizi müdafiə etməyə kömək edən bütün dəstəyə görə səmimi-qəlbdən minnətdarıq”, – deyə o yazıb.
Dövlət başçısı həmçinin Kiyev və Vaşinqton arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.
“Biz münasibətlərimizin konstruktiv olmasına çox sevinirik və diplomatiyanın daha da müsbət inkişafını gözləyirik ki, nəhayət, Rusiyanın xalqımıza qarşı apardığı müharibəni birdəfəlik bitirək. Səmimi-qəlbdən ümid edirik ki, ləyaqətli sülh və təmin edilmiş təhlükəsizlik bizim ümumi nailiyyətimiz olacaq”, – deyə o vurğulayıb.
Xatırladaq ki, Şükran Günü (Thanksgiving Day) ABŞ-da hər il noyabrın dördüncü cümə axşamı qeyd olunan dövlət bayramıdır. Bu il sonuncu cümə axşamı ayın 27-nə təsadüf edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]