Zelenski Trampla Nyu-Yorkda görüşəcək
Bakı, 20 sentyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında məlumat yayıb.
“Prezident Trampla danışdım. Bu, vacib bir söhbət idi və biz bir çox məsələləri müzakirə etdik. Biz Nyu-Yorkda görüşməyə razılaşdıq və bu görüş çox şeyi dəyişə bilər”, – deyə Ukrayna Prezidenti bildirib.
Qeyd edək ki, tərəflərin görüşünün vaxtı və gündəliyi barədə əlavə məlumat verilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [12:24]
Emmanuel Makron yeni etiraz aksiyaları ərəfəsində müdafiə şurasını toplayıb
- 29.10.2026 [11:34]
Plutonun ətrafında fırlanan yeni cırtdan planet kəşf edilib
- 29.10.2026 [11:10]
Pakistanda ambulansın partlaması nəticəsində 9 nəfər ölüb
- 29.10.2026 [10:56]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 29.10.2026 [10:32]