Zelenski və Tramp Romada görüşüblər
Kiyev, 26 aprel, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 26-da ABŞ Prezidenti Donald Trampla görüşüb. Hər iki lider Roma Papası Fransiskin dəfn mərasiminə gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Liderlər Müqəddəs Pyotr Bazilikasında üzbəüz oturaraq qısa müddətə görüşüblər. Daha sonra onlara Makron və Starmer qoşulub.
Sergey Nikiforovun sözlərinə görə, görüş təxminən 15 dəqiqə davam edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]