REGİONLAR
Zəngilan musiqi məktəbinin əməkdaşları Vətən müharibəsi şəhidinin ailəsinə baş çəkiblər
Sumqayıt, 11 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan şəhər uşaq musiqi məktəbinin əməkdaşları Vətən müharibəsi şəhidi İmamalı Hüseynovun ailəsini ziyarət ediblər. Kollektiv ailənin qayğıları ilə maraqlanıb, onlara maddi və mənəvi dəstək göstəriblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, görüş zamanı şəhidin şərəfli döyüş yolundan söhbət açılıb. Qeyd edilib ki, İ.Hüseynov Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Sumqayıt şəhərində “Şəhidlər xiyabanı”nda dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İmamalı Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]
Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO
- 07.05.2024 [14:26]
Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır
- 07.05.2024 [14:19]