REGİONLAR
Zərdabda 27 ictimai yaşayış binası əsaslı təmir olunur
Zərdab, 9 fevral, AZƏRTAC
Zərdab şəhərində ictimai yaşayış binalarının dam örtükləri dəyişdirilir, fasad hissələri yenidən qurulur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, əsaslı təmir işləri Prezident İlham Əliyevin 2016-cı il 5 dekabr tarixli Sərəncamı ilə ayrılan 3 milyon manat vəsait hesabına həyata keçirilir.
Təmir çərçivəsində binaların fasadlarındakı layihədən kənar artırmalar ləğv edilərək ilkin vəziyyətinə qaytarılır. Habelə, yaşayış məhəllələrinin daxilindəki qanunsuz tikililər və çəpərlər də sökülür.
Binaların həyətlərində yaşıllıqlar salınacaq, sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [13:08]
Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub
- 08.05.2024 [13:00]
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib
- 08.05.2024 [12:20]
Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar
- 08.05.2024 [11:46]
AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək
- 08.05.2024 [11:16]
Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb
- 08.05.2024 [11:03]
Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır
- 08.05.2024 [11:00]