REGİONLAR
Zərdabda arpa zəmilərinin hər hektarından 27 sentner məhsul götürülür
Zərdab, 12 iyun, AZƏRTAC
Zərdab rayonunda taxıl biçini kampaniyası sürətlə davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, qısa müddətdə 4800 hektar arpa zəmisi biçilib. Hələlik hər hektardan orta hesabla 27 sentner məhsul götürülür.
Cari mövsümdə rayonda 16 min 971 hektar sahədə taxıl yetişdirilib. Bunun 10 min 655 hektarı buğda, qalanı isə arpadır. Biçin kampaniyasına 35 kombayn cəlb edilib. Rayonun əksər ərazilərində, xüsusən Bəyimli qəsəbəsində, Çallı, Məlikmutlu, Körpükənd, Şahhüseynli və digər ərazi vahidlərində mühüm strateji məhsul olan taxıl yığımı daha mütəşəkkil aparılır.
Taxılçılar əlverişsiz keçən hava şəraitində biçin kampaniyasını itkisiz başa vurmaq üçün bütün qüvvələri səfərbər ediblər.