Zərdabda məhəllə abadlaşdırılır
Zərdab, 8 avqust, AZƏRTAC
Zərdab şəhərinin Fərrux Eminov küçəsi istiqamətində ümumi sahəsi 0,25 hektar olan ərazidəki məhəllədə tikinti-quruculuq, abadlıq işlərinə başlanılıb.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhəllədə 600 kvadratmetr sahədə tamet tavalar,100 kvadratmetr beton bordür düzülüb, iki söhbətgah quraşdırılıb. Habelə 10 oturacaq gətirilib və yaxın günlərdə quraşdırılacaq. Əhalinin rahatlığı üçün yeraltı çirkab quyusu inşa edilib, kanalizasiya xətti yenidən qurulub.
Hazırda məhəllədə abadlıq işləri davam etdirilir.
Qeyd edək ki, cari ilin birinci yarısında Zərdabda əsas kapitala 6 milyon 521,4 min manat investisiya yönəldilib. Bunun 10 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.