İDMAN
Zərdabda “Şahin” hərbi-idman oyunlarının rayon birinciliyi keçirilmişdir
Zərdab, 18 mart (AZƏRTAC). Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin idman bazasında “Şahin” hərbi idman oyunlarının rayon birinciliyi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarışların təntənəli açılış mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov və başqaları bildirmişlər ki, “Şahin” hərbi idman oyunları yeniyetmələrin fiziki sağlamlığına, onların hərbi-vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsinə, habelə ordu sıralarında xidmətə hazırlanmasına xidmət edir. Onlar məktəblilərə və idmançılara uğurlar arzulamışlar.
Sonra hərbi-idman oyunlarına start verilmişdir. Yarışlara 25 məktəbdən 300 nəfərə yaxın yeniyetmə qatılmışdı. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Zərdab şəhər 2 saylı tam orta məktəbinin komandası birinci yeri tutmuşdur. Gəlmə kənd tam orta məktəbinin komandası 2-ci, şəhər 1 saylı məktəb-liseyin komandası isə üçüncü yerə çıxmışlar.
Qalib komandalara rayon gənclər və idman idarəsinin diplom və qiymətli hədiyyələri verilmişdir.