REGİONLAR
Zərdablı kümçülərə 480 qutu ipəkqurdu toxumu paylanılıb
Zərdab, 30 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin respublikada ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdabda ardıcıl tədbirlər həyata keçirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, ötən il 150 qutu (2850 qram) inkubasiya olunan ipəkqurdu toxumundan 5 ton 710 kiloqram barama əldə edilib.
Bu il rayonda baramaçılıqla məşğul olacaq 238 kümçüyə ödənişsiz olaraq 480 qutu (9249 qram) ipəkqurdu toxumu paylanılıb. Cari mövsümdə 17 ton məhsul istehsalı nəzərdə tutulub.
Bölgədə bu gəlirli sahəyə maraq çoxdur. Təsadüfi deyildir ki, bir çox istehsalçı 100 qramdan artıq ipəkqurdu toxumu götürüb. Bıçaqçı kənd sakini Aslanov Ramil Əmrah oğlu isə 120 qram bəsləyəcək.