ZEYD FONDU MONQOLUSTANDA KƏND SALACAQ
AZƏRTAC Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) informasiya agentliyinə istinadla xəbər verir ki, BƏƏ-nin Xeyriyyə və Humanitar İşlər üçün Zeyd Fondu Monqolustanda Zeyd kəndinin salınması barədə bu ölkənin Müsəlmanlar Assosiasiyası ilə memorandum imzalamışdır. Zeyd Fondu bu layihəni BƏƏ Prezidenti şeyx Xəlifə bin Zaid al Nəhəyanın rəhbərliyi altında həyata keçirir.
Ümumi məbləği 5 milyon BƏƏ dirhəmi olan layihə ehtiyacı olanlar üçün 50 evin tikintisini nəzərdə tutur. Kəndin salınması bir il ərzində başa çatdırılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]