İDMAN
Zlatan İbragimoviç qarın əzələlərinin zədələnməsi səbəbindən bir ay yarım vaxt itirəcəkdir
Bakı, 18 avqust (AZƏRTAC). “Pari Sen-Jermen” futbol klubunun lideri, Fransa çempionatının ikinci turunda “Bastiya” ilə qalmaqallı oyunda travma almış isveçli Zlatan İbragimoviç tibbi müayinədən keçmişdir. Futbolçuya qarının sol əzələsinin zədələnməsi diaqnozu qoyulub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, həkimlərin proqnozlarına görə isveçli oyunçu altı həftə müddətinə sıradan çıxıb.
Şənbə günü Parisdə keçirilmiş görüş meydan sahiblərini 2:0 hesablı qələbəsi ilə başa çatıb. Zlatan İbragimoviç start heyətində meydana çıxıb, lakin zədələnməsi ucbatından artıq 16-cı dəqiqədə oyunu tərk etməyə məcbur olub. Bazar günü rəsmi “PSJ” saytı bildirib ki, 32 yaşlı oyunçunun qarın əzələləri qismən zədələnib, lakin bərpa müddəti göstərilməyib. “Bastiy”nın forvardı Brandao tərəfindən ikinci fəqərə sümüyünün çıxıntısı sındırılmış müdafiəçi, parisli Qreqori van der Vil təxminən on gün meydana çıxa bilməyəcək.
Brandaonun hücumu nəticəsində burnu sınan xavbek Tiaqu Motta cümə günü birinci liqanın üçüncü turunun “Evian”la oyununda iştirak etməyəcək, sonra isə ehtimal ki, meydançaya qoruyucu maskada çıxacaqdır.