ELM VƏ TƏHSİL
Zoologiya İnstitutu çimərliklərdə gürzələrin olması ilə bağlı yayılan xəbərə münasibət bildirib
Bakı, 19 iyul, AZƏRTAC
Çimərliklərdə gürzələrin kütləvi yayılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil və insanlarda xof yaratmaq məqsədilə yayılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov bildirib.
E.Yusifov deyib: “Gürzələr haqqında şişirdilmiş bu məlumatlar Zoologiya İnstitutunun əməkdaşı olmayan Anar Cəfərova istinadla yayılıb. Zoologiya İnstitutunda belə bir şəxs işləmir. Həyat üçün təhlükəli olan gürzələrin rütubətli, eləcə də səs-küylü, narahatedici faktorların daha çox müşahidə edildiyi çimərlik ərazilərində yayılması ehtimalı olduqca azdır. Ona görə də çimərliklərdə gürzələrin kütləvi yayılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”.