ELM VƏ TƏHSİL
Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Mahir Hüseynov, elmi işçisi Namiq Rzayev və Xarkov Milli Universitetinin Heyvanların zoologiyası və ekologiyası kafedrasının əməkdaşları - biologiya üzrə elmlər doktoru, professor Sergey Utevski, aspirant Qalina Morqun ilə birlikdə Gəncə rayonunda ekspedisiyada olublar.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, ekspedisiyanın təşkil olunmasında əsas məqsəd Gəncə rayonunun Göygöl Milli Parkı ərazisində yerləşən Göygöl, Maralgöl, Zəligöl su hövzələrində zəlilərin faunasını öyrənməkdən ibarət olub. Qeyd olunan su hövzələrindən zəlilərlə paralel olaraq digər onurğasız heyvanlar - molyusklar, amfipodlar (qammaridlər) toplanıb və dəqiq təyin olunması üçün laboratoriyaya gətirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [18:16]
“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı
- 07.05.2024 [15:37]
Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır
- 07.05.2024 [15:26]
Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar
- 07.05.2024 [15:19]