ELM VƏ TƏHSİL
Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar
Bakı, 9 sentyabr, AZƏRTAC
AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi Təvəkkül İsgəndərov və böyük elmi işçisi Gülbəniz Qasımova herpetofaunanın tədqiqi məqsədilə Lənkəran və Lerik rayonlarında ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya zamanı yüksək dağlıq ərazilərə, həmçinin şəlalə və çay kənarlarına baxış keçirilib, elmi-tədqiqat planına uyğun olaraq herpetoloji materiallar toplanıb. Həmin ərazilərdə çoxsaylı növlərlə yanaşı, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən nadir sürünən növlərindən Zolaqlı çılpaqgöz (Ablepharus bivittatus) və Xarabalıq aqaması (Trapelus ruderatus) növlərinin yeni yayılma sahələri aşkar edilib. Rast gəlinən növlərin ekoloji xüsusiyyətləri tədqiq olunub və biotopları təsvir edilib.