İDMAN
Bakıda keçirilən “Landmark 7” turnirinə yekun vurulub
Bakı, 4 noyabr, AZƏRTAC
“Rizin” Döyüş Federasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən “Landmark 7” turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan yarışın ilk görüşündə Tural Rəhimov cənubi koreyalı rəqibi Kyun Pyu Kimə məğlub olub.
İkinci qarşılaşmada Mehman Məmmədov Türkiyədən olan MMA döyüşçüsü Fərid Göktəpə ilə üz-üzə gəlib. Nəticədə Azərbaycan idmançısı qalib gəlib.
Üçüncü dueldə Nəriman Abbasov rusiyalı Ali Abdulxalikova uduzub. Dördüncü görüş isə Yaponiya təmsilçisi Toji Takeda ilə qarşılaşan Tofiq Musayevin qələbəsi ilə yekunlaşıb.
Günün əsas və son qarşılaşması Vüqar Kərəmov və yaponiyalı Çihiro Suzuki arasında olub. Azərbaycan təmsilçisi rəqibinə ilk raundda məğlub olaraq kəmərini qoruya bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [17:10]
“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
- 11.05.2024 [16:15]
Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub
- 11.05.2024 [16:06]
Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar
- 11.05.2024 [15:37]
Emin Əmrullayev FIBA-nın assambleyasında iştirak edib
- 11.05.2024 [15:26]
Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər
- 11.05.2024 [13:59]
Fransalı atıcı Bakıdakı Dünya Kubokunda yenə qızıl medalı əldən verib
- 11.05.2024 [13:40]