DÜNYA
Kosmik şərabın insanı cavanlaşdırdığı məlum olmuşdur
Bakı, 29 may (AZƏRTAC). Kosmik orbitə yollanan astronavtların fəzadakı radiasiyanın zərərlərindən qorunmaları üçün amerikalı alimlərin hazırladıqları “kosmik şərab”ın insan orqanizmini cavanlaşdırmağa başladığı bəlli olmuşdur.
“AS10” adlı şərab üzdəki qırışları aradan qaldırır, qocalmanın təzahürlərini tədricən ləğv edir.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatlardakı Yuta Universitetinin alimlərinin apardıqları araşdırmanın nəticələrinə görə, müxtəlif şərablardan hazırlanmış kokteyl olan “AS10” qırışıqlarla yanaşı, piqment ləkələr, ziyil, civzə və sızanaqları da tədricən yox edir. 4 ay içində dəri saflaşır və təmizlənir.
Alimlər 180 könüllünün cəlb olunduğu eksperiment aparmışlar. Məlum olmuşdur ki, şərab kokteyli 3 aya üzdəki qırışların 17, civzə və sızanaqların isə 40 faizini yox etmişdir.
“AS10” şərabının tərkibində Braziliyada bitən “kupuaku” ilə yanaşı, akay, asreola, fransız inciri, böyürtkən, üzüm şirəsi, yaşıl çay, nar və tərəvəz şirələri də vardır.
“AS10” şərab kokteylinin 0,7 litri 50 dollara satılır.