İDMAN
Şahmat üzrə Azərbaycan çempionatı: Xanım Balacayeva çempionluğa doğru irəliləyir
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının səkkizinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri Xanım Balacayeva növbəti turda daha bir qələbə qazanaraq xalların sayını 6,5-ə çatdırıb. O, bu nəticə ilə ən yaxın izləyicisi olan Gövhər Beydullayevanı 1 xal qabaqlayır. Şahmatçıya çempionatın qalibi olması üçün son turda yarım xal kifayət edir.
Turnirin digər iştirakçıları-Gülnar Məmmədova 5, Türkan Məmmədyarova 4,5, Zeynəb Məmmədyarova 4, Ayan Allahverdiyeva, Xəyalə Abdulla 3,5, Mələk İsmayıl 3, Ülviyyə Fətəliyeva 2,5, Səbinə Rzalı 2 xal toplayıblar.
Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [19:17]
Azərbaycan parataekvondoçusu Avropa çempionu olub
- 11.05.2024 [18:04]
İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib
- 11.05.2024 [17:10]
“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
- 11.05.2024 [16:15]
Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub
- 11.05.2024 [16:06]