MSK 9 saylı Binəqədi ikinci seçki dairəsinin iki məntəqəsində səsvermənin nəticələrini ləğv edib

18.02.2020 [19:03]
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 9 saylı Binəqədi ikinci seçki dairəsindən Günel Səfərova, Elşad Musayev və digər namizədlərin müraciətinə də baxılıb. AZƏRTAC xəbər verir ki, MSK üzvü Qabil Orucov müraciətlərin eyni seçki məntəqələrini əhatə etdiyindən ...

108 saylı Ağstafa seçki dairəsi üzrə müraciətlər araşdırılması üçün müvafiq DSK-ya göndərilib

18.02.2020 [18:35]
Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında daha bir seçki dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb. AZƏRTAC xəbər verir ki, müzakirələrin nəticəsi olaraq 108 saylı Ağstafa seçki dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyasına göndərilməsinə qərar verilib ...

32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə üç məntəqənin nəticələri ləğv olunub

18.02.2020 [18:15]
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi qeydə alınan Fikrət Cəfərlinin və Vəlican Rəcəbovun müraciətinə baxılıb. AZƏRTAC xəbər verir ki, MSK-nın üzvü İlkin Şahbazov araşdırmanın üç istiqamətdə aparıldığını bildirib ...

Məzahir Pənahov: Sosial şəbəkələrdən sui-istifadə olunmamalıdır

18.02.2020 [17:45]
Hansı Seçki Məcəlləsində yazılıb ki, biz şikayətçiyə rəy verməliyik? Bizə təlqin etmək istəyirlər ki, Mərkəzi Seçki Komissiyasına təqdim edilən görüntülərə onlarla birlikdə baxılsın. Görüntü baxıb nəticə çıxarmaq və qərar qəbul etmək üçün MSK-ya təqdim olunur ...

MSK sədri: Təsdiqini tapan hər bir məsələ ilə bağlı ölçü götürülür

18.02.2020 [17:15]
Mərkəzi Seçki Komissiyası bütün şikayətləri ciddi şəkildə araşdırır. Hətta şikayətçi bizə ünvanladığı şikayətdən sonra da əlinə hər hansı material keçərsə, təqdim etsin. Bütün şikayətlərə ciddi şəkildə baxılacaq və müvafiq qərar qəbul ediləcək. AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ...

79 saylı İmişli seçki dairəsinin beş məntəqəsində səsvermənin nəticələri ləğv olunub

18.02.2020 [17:00]
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 79 saylı İmişli seçki dairəsindən namizədlər İlqar Hüseynli, Murad Fərzəliyev və İltizam Əkbərlinin şikayətinə baxılıb. AZƏRTAC-ın məlumatına görə, komissiyanın üzvü Bəxşeyiş Əsgərov bildirib ki, şikayətlər eyni məğzi ...

MSK-nın iclasında parlament seçkiləri ilə bağlı bir sıra müraciətlərə dair qərarlar qəbul edilib

18.02.2020 [16:45]
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə namizəd Zeyqam Hüseynovun müraciətinə baxılıb. AZƏRTAC xəbər verir ki, müraciət haqqında məlumat verən MSK katibi Arifə Muxtarova Z.Hüseynovun ...

Mərkəzi Seçki Komissiyasının iclası keçirilir YENİLƏNƏCƏK

18.02.2020 [16:09]
Fevralın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir. AZƏRTAC xəbər verir ki, iclasda fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə ...

Xaricdən Prezidentə minnətdarlıq məktublarında əcnəbi vətəndaşlar da Azərbaycan haqqında müsbət fikirlərini bildirirlər

18.02.2020 [12:23]
Xarici ölkələrdən Prezident İlham Əliyevə minnətdarlıq məktublarında həmvətənlərimizlə yanaşı, əcnəbi vətəndaşlar da Azərbaycan haqqında müsbət fikirlərini bildirirlər. Rusiya Federasiyasından ölkəmizdə qonaq olmuş Fazil Vasilov və Nuraniya ...

Azərbaycan Prezidentinə göndərilən minnətdarlıq məktubları ölkəmizin demək olar ki, bütün bölgələrini əhatə edir

18.02.2020 [11:25]
Ölkə vətəndaşları hər zaman olduğu kimi, 2019-cu ildə də sosial problemlərinin həlli, həyata keçirilən abadlıq-quruculuq işləri, ölkəmizin qazandığı nailiyyətlər və uğurlarla əlaqədar dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları göndəriblər. Onlar ...

Prezident İlham Əliyevin daxili və xarici siyasəti xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxarıb

18.02.2020 [11:03]
Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət ölkəmizin mənafelərinin bütün beynəlxalq təşkilatlarda və dövlətlərarası münasibətlərdə cəsarətlə qorunmasına, xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxarıb. Dünyada baş verən ...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir

18.02.2020 [10:43]
Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu islahatlar hətta inqilabi islahatlar adlandırılır və onların ölkə həyatının bütün sahələrində, xüsusilə idarəetmə strukturlarının işinin yenidən qurulmasında böyük rol oynayacağı şübhə doğurmur ...

Azərbaycanın beynəlxalq qurumlar tərəfindən qəbul edilən və sevinc doğuran uğurları gündən-günə artır

18.02.2020 [10:33]
Azərbaycanın beynəlxalq qurumlar tərəfindən qəbul edilən və sevinc doğuran uğurları gündən-günə artır. 2019-cu ildə iqtisadi sahədə əldə edilən nailiyyətlərimiz Dünya Bankı, Davos Forumu və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək ...

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

17.02.2020 [21:12]
Fevralın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Komissiyanın 5 fevral ...

Politoloq: Münxen müzakirələri zamanı Paşinyan növbəti dəfə məğlubiyyətin acısını dadmalı oldu

17.02.2020 [18:57]
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyevin dəmir məntiqi, tarixi faktlara əsaslanan çıxışı Nikol Paşinyanı növbəti dəfə məğlubiyyətin acısını dadmağa məcbur etdi ...

Deputatlığa namizədin DSK-nın hərəkəsizliyi ilə bağlı şikayəti təsdiqini tapmadığından təmin edilməyib

17.02.2020 [18:13]
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədlinin şikayətinə baxılıb. AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında komissiyanın üzvü ...

MSK sədri: Sosial şəbəkələrdəki görüntülər ümumi məntəqələrin 3 faizində olan pozuntulardır

17.02.2020 [17:57]
Sosial şəbəkələrdə yayılan görüntülər ümumi məntəqələrin 3 faizində olan pozuntulardır. AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında komissiyanın sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, həmin görüntülərin çoxu səsvermənin sonuna yaxın olan müddəti əhatə edir ...

Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı MSK-ya daxil olmuş 177 müraciətdən 97-nə baxılıb

17.02.2020 [17:51]
Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olmuş 177 müraciətdən 97-nə baxılıb. AZƏRTAC xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib. Sədr bütün müraciətlərə baxılacağını qeyd edib ...

MSK sədri: Komissiya üzvləri qərar qəbul etmək üçün sosial şəbəkələrdə yayılan görüntülərə ən azı 15 dəfə baxırlar

17.02.2020 [17:17]
Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri qərar qəbul etmək üçün sosial şəbəkələrdə yayılan görüntülərə ən azı 15 dəfə baxırlar. AZƏRTAC xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib. Sədr deyib ki, videogörüntülər də müraciət və şikayətlər kimi dəqiqliklə araşdırılır ...